İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarşıdakı 3 gündə bunları ƏSLA ETMƏYİN

2174 01.01.2023 22:16 Yaşam A A

Bayram günlərində yediklərimizin fəsadı əsasən bir neçə gün sonra ortaya çıxır. Bəzən tərəzi də bizi qaldırmağa çətinlik çəkir. 

Bəs həm doymaq, həm də formada qalmaq üçün necə qidalanaq?

Diyetoloq Leyla Zülfüqarlı Musavat.com-a bildirib ki, bayramlardan sonra pasiyent qismində müraciət edənlərin sayı xüsusilə artır:

Leyla-Zulfüqarli.jpg (100 KB)

"Onlarda artıq çəki problemi, yaxud da estetik əlamətlərlə ortaya çıxan problemlər olur. Bu da təsadüfi deyil. Əksəriyyət istirahət və əyləncəni yeməkdə görür. Yeməkləri istirahət günlərinə uyğun - 4 gün üzrə bölmək olar. Plov, dolma və kababı eyni gündə yemək olmaz. Bu, qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusilə paytaxt salatı hazırlandıqdan 2 saat sonra çürümə bakteriyalarının çoxalmasına səbəb olan oksidləşmə prosesi baş verir. Bu salatın tərkibində bir-birinə uyğun olmayan inqredientlər çoxdur. Bura heç də doğru tərkibi olmayan mayonez, yaxud xamanın əlavə olunması da səhvdir. Çünki biz həmin məhsulların oksidləşməsinə şərait yaradırıq. Təsadüfi deyil ki, insanlar bayramın ilk günlərində meteorizm, qıcqırma və mədə-bağırsaq traktının bir çox problemləri ilə üzləşirlər. Bu səhvlər isə nəticəsiz ötüşmür. Yemək saatlarını bölməyə çağırıram. Eyni gündə bütün yeməkləri bişirməmək ən doğru olanıdır. Salatların da süfrəsi ayrı olmalıdır. Şirniyyat süfrəsi ilə yemək süfrəsi tamamilə ayrı olmalıdır. Şirniyyatla qazlı içkilərin tandemi isə ümumiyyətlə doğru deyil. Axşam saat 8-ə qədər yemək süfrəsi açmaq daha doğrudur". 

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR