İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağla bağlı son hadisələrin MÜHÜM MÜZAKİRƏSİ: Xankəndi, Xocalı və...

2404 18.06.2022 17:33 Qarabağ xəbərləri A A

Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin növbəti toplantısı keçirilib.

Bu barədə Musavat.com-a QAT Mətbuat Xidmətindən məlumat verilib.

Ali Məclis sədri Barat İmani iclası açıb, dövlət himni oxunub, Şəhidlərin xatirəsi yad edilib.

Sonda təşkilatı məsələlərə baxılıb. Yeni seçilmiş QAT rayon şöbələri sədrlərinin, o cümlədən Bakı şəhəri Nərimanov rayon şöbəsinin sədri Fərid Əsədli, Cəlilabad rayon şöbəsinin sədri Əlizamin Əliyev, Lənkəran rayon şöbəsinin sədri Elnur Şükürov, Masallı rayon şöbəsinin sədri Hünər Əliyev, Ağsu rayon şöbəsinin sədri Zaur Sadayevin səlahiyyətləri təsdiq edilib, Zaur Ələkbərov Ali Məclisin sərbəst üzvü və Cənub bölgəsi üzrə QAT-ın koordinatoru Asif Cəfərsoy Ali Məclisin sərbəst üzvü və Şirvan bölgəsi üzrə koordinator Fəzli Qasımov QAT İdarə heyətinin üzvü seçilib.

QAT sədri Akif Nağı son 3 ayda təşkilatın gördüyü işlər barədə məlumat verib, işğaldan azad edilmiş ərazilərimizdə gedən işlərdən, Ermənistan rəhbərliyinin, habelə Rusiya sülhməramlılarının nəzarət etdiyi Xankəndidə və bir neçə digər ərazidə məskən salmış quldur dəstələrinin pozuculuq fəaliyyəti barədə geniş danışıb. Məruzədə beynəlxalq müstəvidə erməni quldur dəstələrinə himayəçilik etmək arzusunda olan qüvvələrin fəaliyyəti qeyd olunub. Hesabat məruzəsində Azərbaycan və Türkiyə strateji müttəfiqlik münasibətləri müstəvisində xarici təsirləri aradan qaldırmaq istiqamətində dövlətin fəaliyyəti təqdir olunub.

İlham Xəlilov (Samux rayon şöbəsinin sədri), Məmmədəli Quliyev (Sumqayıt), Babək Sadıqov (Tərtər), Hacı Hacağa Nuri, Hacı Fərman Məmmədov, Tağı Kazımov, Nazim İsgəndərli, Şaiq Süleymanov, Fəzli Qasımov, Zaur Ələkbərov, Rafiq Günəş, Tahir Bayramov, Elnur Şükürov (Lənkəran), Yeganə Ələkbərova, Elxan Rəhimov (Şəki), Əkbər Rüstəmov, Sahib Musayev, Babək Sadıqov (Tərtər) və digərləri məruzə ətrafında çıxış edərək təklif və mülahizələrini bildirib, işğaldan azad edilmiş ərazilər ətrafında gedən prosesə münasibətlərini ifadə ediblər. Tağı Kazımov qeyd edib ki, dünyada çox təhlükəli proseslər baş verir, Rusiya beynəlxalq aləmdə özünü təsdiqləmək üçün aqressiv siyasət yürüdür, dünyanı aclıqla hədələyir, bu isə regionumuz üçün ciddi təhdidlər yaradır. Beynəlxalq siyasi vəziyyət getdikcə gərginləşir. Buna görə də bizim təşkilat erməni təcavüzkarlarının ifşası yolunda dövlətinmizin yanında olmalı, prezidentin xarici siyasətini dəstəkləməlidir.

İ.Xəlilov deyib: “Böyük zəfərdən, minlərlə çəhid verəndən sonra ermənilərin bizimlə birgə yaşamasını qeyri-mümkün sayıram. Bu necə ola bilər?! Axı ermənilər həmişə bizə düşmən münasibət bəsləyiblər”.

Çıxış edənlər qazilərə cəmiyyətdə göstərilən münasibət barədə danışıb, bildirilib ki, dövlət orqanları tərəfindən onlara göstərilən diqqəti artırmaq və dəqiqləşdirmək gərəkdir. Belə bir fikri hamı təsdiqləyib ki, dövlət başçısı Vətən müharibəsi iştirakçıları haqqında 4 fərman verib. Lakin yerlərdə kök salmış bəzi məmurlar var ki, onlar qəsdən qazilər arasında ayrı-seçkilik salaraq narazılıq yaradırlar. Tərtərdən sədr Babək Sadıqov bildirdi ki, bəzi üzdəniraq insanların süni şəkildə müharibə veteranı adı alaraq dövlətdən və cəmiyyətdən yalnız tələb etməsi narazılıq yaradır. Buna qarşı da mübarizə aparmaq gərəkdir.

QAT-ın Cənub zonası üzrə koordinatoru Zaur Ələkbərov, Lənkərandan Elnur Şükürov, Şəkidən Elxan Rəhimov və başqaları Qarabağda ilk məskunlaşmış qəbilələr və tayfalar haqda tarixi həqiqətlər sahəsində elmi araşdırmaların genişləndirilməsi, Arsak və digər adların məhz Azərbaycan xalqına məxsus olmasının elmi şəkildə isbatının gücləndirilməsi məsələlərini irəli sürdülər.

Hacağa Nuri çıxışında qətiyyətlə dedi ki, beşinci kolon deyilən ünsürlər prezidentimizin fərmanlarının tam icra edilməsinə əngəl olurlar. Quranda deyilir ki, hər kəs zərrə qədər yaxşılıq eləsə yaxşılıq, pislik eləsə pislik görəcək. Buna görə də dövlətimizin ətrafında sıx birləşməliyik.

Məruzə və çıxışlarda irəli sürülən təkliflərə uyğun olaraq qərarlar qəbul edildi. Həmçinin bəyanat verildi. Bəyanatda göstərilir:

Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisi Qarabağla bağlı son hadisələri müzakirə edərək bildirir:

1. ABŞ və Avropa İttifaqının xeyli fəallaşması, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 6 aprel və 22 may 2022-ci il Brüssel görüşlərinin ilkin nəticələri, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tayvo Klaarun və ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin regiona səfərləri zamanı verdikləri açıqlamalar hələlik müsbət tendensiya kimi dəyərləndirilməlidir.

2. Azərbaycanın müəyyən ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlılarının hələ də öz missiyasını tam yerinə yetirməməsi, Rusiyanın təşəbbüsü ilə yaradılmış nəqliyyat və kommunikasiyaların açılmasına dair üçtərəfli işçi qrupunun fəaliyyətinin nəticə verməməsi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə özünü “Arsak respublikası” adlandıran terror qrupunun fəaliyyət göstərməsi, həmin ərazilərdə süni şəkildə “rus icması” deyilən qondarma qurumun yaradılması, bəzi qeyri-rəsmi məlumatlara görə orada Rusiya pasportlarının paylanılması kimi hallar qətiyyətlə pislənilməli və Azərbaycan rəhbərliyi tərəfindən qabaqlayıcı addımlar atılmalıdır.

3. Ermənistan rəhbərliyinin guya kənara çəkilərək, “Arsak” deyilən terror qrupunun önə keçməsi, “Azərbaycan-Arsak” qarşıdurması görüntüsü yaratmaq cəhdləri, hələ də “status” məsələsini, Minsk qrupunun həmsədrləri formatını gündəmdə saxlamaq niyyətləri, Zəngəzur dəhlizinə qarşı təxribatları qəti şəkildə rədd edilməlidir. Ermənistan baş naziri Paşinyanın ilk baxışdan cəlbedici görünən “əvvəl hüquq, azadlıq və təhlükəsizlik təminatları, sonra status” tezisinin ermənilərin məkrli niyyətlərindən xəbər verdiyi qeyd olunmalı və rədd edilməlidir.

4. Özünü “Arsak respublikası” adlandıran terror qrupunun cinayətkar fəaliyyəti ilə bağlı beynəlxalq birlik geniş şəkildə məlumatlandırılmalı, onun “Əl-Kaida”, “İŞİD”, “PKK” kimi terror qruplaşmalarından fərqlənmədiyi diqqətə çatdırılmalıdır. Bu terror qrupunun rəhbərliyinin Avropa İttifaqının vasitəçilik təşəbbüslərinə qarşı çıxması, “Arsak”ın Ermənistana birləşdirilməsi iddiaları ilə çıxış etməsi, Rusiya sülhməramlılarının regionda müddətsiz olaraq qalması tələblərini irəli sürməsi beynəlxalq hüquqa zidd hərəkətlər kimi qiymətləndirilməlidir.

5. Türkiyə-Azərbaycan müttəfiqliyinin genişlənməsi, siyasi, hərbi, iqtisadi və digər istiqamətlərdə ciddi işlərin həyata keçirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsi məmnuniyyət hissi ilə qeyd olunmalı, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin daha sürətlə həyata keçirilməsi, Birgə Monitorinq Mərkəzində Türkiyənin iştirakının gücləndirilməsi diqqətdə saxlanılmalıdır.

6. Azərbaycan hakimiyyətinin həm Avropa İttifaqı, həm Rusiya formatları çərçivəsində apardığı uğurlu diplomatik fəaliyyət, həmçinin ölkə daxilində həyata keçirdiyi siyasi-ictimai həmrəylik prosesləri, işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işləri müsbət dəyərləndirilməli, dövlət maraqlarını təmin etdiyi qeyd olunmalıdır. Zəngəzur dəhlizi ilə bağlı sərt və konkret mövqenin nümayiş etdirilməsi, “Ağıllı kənd”lə bağlı addımlar, Laçın dəhlizinə alternativ yolun çəkilməsi, Horadiz-Ağbənd xəttində irəliləyişlər, “status” və Minsk qrupu həmsədrləri ilə bağlı qətiyyətlə mövqenin nümayiş etdirilməsi və digər müsbət işlər təqdir olunmalıdır.

7. Danışıqların mahiyyəti ilə bağlı hesab edirik ki, ilk növbədə “Xankəndi məsələsi”, yəni, Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə Azərbaycan hakimiyyətinin bərpa olunması ilə bağlı məsələ müzakirə olunmalı və həllini tapmalıdır. Bunun üçün ilk növbədə həmin ərazilərdəki terror qrupu antiterror və ya lokal hərbi əməliyyatlarla məhv edilməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR