İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağla bağlı daha bir ŞAD XƏBƏR

5240 06.05.2023 22:10 Qarabağ xəbərləri A A

"Prezident İlham Əliyevin işğaldan azad olan ərazilərə mayın 4-də etdiyi səfər çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinin də təməli qoyulub. Kənddə 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır".

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktor müavini Vüqar İmranov deyib.

Onun sözlərinə görə, burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb. Burada da sakinlərin məşğulluğunun təminatı ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

V. İmranov onu da qeyd edib ki, Prezident İlham Əliyevin iki gün əvvəl təməlini qoyduğu Laçın rayonunun Güləbird kəndində tikinti işləri iki mərhələdə aparılacaq. İlkin olaraq kəndə 150 ailə köçürüləcək. Ümumilikdə isə 581 ailənin məskunlaşmağı planlaşdırılıb.

Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

Güləbird kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Kənddə 432 şagird yerlik məktəb, 80 yerlik uşax baxçası, klub icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Burada istirahət parkı salınacaq, idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Fondun direktor müavini onu da vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR