İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan" kitabının təqdimat mərasimi keçirilib

829 24.10.2022 10:26 Mədəniyyət A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın həmmüəllifi olduğu "Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan" kitabının Özbəkistanda təqdimat və imza mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, imza mərasimi Əlişir Nəvai adına Ozbek dili və Ədəbiyyatı Universitetində baş tutub.

Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı günləri çərçivəsində qardaş ölkənin aydınları, hər bir vətəndaşı ilə keçirilən görüşün dəyərli olduğunu vurğulayan Qənirə Pasayeva kitablı görüşlərin özəl yeri olduğunu söyləyib.

O, Dos.Dr. Faiq Ələkbərli ilə birgə yazdığı bu kitabın artıq Türkiyə və Azərbaycanda təqdim olunduğunu, Daşkənddə isə ilk dəfə imza mərasimi keçirildiyini minnətdarlıqla qeyd edib:

"Bu il 190 illik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz Azərbaycan ədəbiyyatı klassiki Natəvanının kitabının Özbək ədəbiyyatı klassiki Nəvainin adını daşıyan universitetdə keçiririk. Hər iki klassikimizin ruhu şad olsun. Nəvai Nizamini özünə mənəvi ustad qəbul etdiyi kimi, Nəvaidən sonra gələn Azərbaycan sairləri üçün də Nizami də, Nəvai də mənəvi ustaddır. Natəvanın əsərlərində klassik Şərq, Turk-İslam ədəbi, ənənələrinə, mədəni irsimizin energetikasına bağlılığı görə bilərik. O, həm irsə, ənənəyə sadiqdi həm də yenilikçi, qurub-yaratnaq eşqinə malikdi. Oz dövrünun irəligörüşlü qadınlarından olan Natəvanın həyat və yaradıcılığının çağdaş özbək oxucusunun diqqətini çəkəcəyinə həc şübhə etmirəm. Kitabın özbəkcə çıxması, yubileyə özəl olması və Şuşanın 2023-cü ildə Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi fonunda teqdim olunması çox uyumlu hadisədir. Şuşa Azərbaycanın ötən ildən rəsmən Mədəniyyət paytaxtıdır, 2024-cu ildə isə İslam dünyasının Mədəniyyət paytaxtı olacağı gözlənilir. Siz Natəvanın həyat və yaradıcılığı ilə yaxından tanış olduqca orada Şuşanın mədəniyyət, mənəviyyat iqlimini, o vaxtkı soz sənətinin səviyyəsini görəcəksiz".

Komitə sədri tədbirə təsrif buyurmuş oxuculara, professor-müəllim heyətinə, tələbə gənclərə könül dolusu təşəkkürlər edib.

Qənirə Paşayeva həmmüəllifi olduğu kitabı oxucular üçün imzalayıb, sullara cavab verib, onlarla xatirə şəkli çəkdirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR