İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdakı separatçıların beynəlxalq yarışlara yolu bağlandı

777 22.07.2023 23:04 Son xəbər A A

Erməni mediası iddia edib ki, “blokada”ya görə “artsax” (?!-M.) sakinlərinin ümumerməni və beynəlxalq turnirlərdə iştirakı mümkünsüz olub.

Musavat.com bildirir ki, təkcə Qarabağ ərazisində deyil, həm də Ermənistan Respublikasında və digər ölkələrdə çoxlu yarışlarda iştirak nəzərdə tutulubmuş. Amma Azərbaycanın Laçın sərhəd-buraxılış nəzarətini tətbiq etməsindən sonra erməni idmançılar bu imkandan məhrum olublar.

“Artsax milli futbol komandası Abxaziya millisi ilə oyunda iştirak etməli idi, lakin bu da eyni səbəbdən ləğv edildi. Artsaxdan olan idmançılar Ermənistan milli komandasının tərkibində bir sıra beynəlxalq turnirlərdə iştirak etməli idilər, təəssüf ki, bu baş vermədi”, - qondarma qurumun oyuncaq “təhsil və elm nazirliyi” bildirib.

Oyuncaq qurumun başında duran N.Mkrtçyan deyib ki, avqustun əvvəlində idmançıların Ermənistanda başlayacaq ümumerməni oyunlarında iştirakı nəzərdə tutulsa da, bu gedişlə arzuları gözlərində qalacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR