İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa qaçmış erməni milyarder separatçılarla görüşlərini davam etdirir-Foto  

1224 22.09.2022 15:14 Region A A


Rusiya vətəndaşlığından imtina edib, Qarabağa köçmüş erməni milyarder Ruben Vardanyan sentyabrın 22-də Xankəndidəki separatçıların oyuncaq “təhlükəsizlik şurasının katibi” Vitaliy Balasanyanla görüşüb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Erməni milyarder bununla bağlı sosial şəbəkədə paylaşım edib və yekə-yekə danışıb. “Bu gün mənim Artsax Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanla görüşüm oldu. Əsas müzakirə yeni geosiyasi və regional çağırışlar şəraitində “Artsax”ın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunub. Biz qeyd etdik ki, geosiyasi proseslərə və sarsıntılara baxmayaraq, səylərimizi birləşdirsək, öz təhlükəsizliyimizi təmin etməkdə özümüz böyük rol oynaya bilərik”, - Ruben Vardanyan yazıb.

Bir gün qabaq Vardanyan əvvəlki illərdə separatçıların başında dayanan oyuncaq “prezident”lərlə görüşmüşdü.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR