İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa köçəcək şəxslərə şad xəbər: Pul alacaqlar - VİDEO

2431 27.07.2022 09:25 Qarabağ xəbərləri A A
 
Alternativ enerji mənbələrindən istifadə edilməklə ən müasir innovativ texnologiyalar tətbiq edilib. Ağalı kəndi yeni texnologiyalarla inşa edilən ilk yaşayış evləridir.
 
Musavat.com xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
 
Onun sözlərinə görə, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra da sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
 
Fuad Hüseynov əlavə edib ki, işğaldan azad olunan ərazilərdə yaşayanlarla bağlı yeni qanun layihəsi hazırlanır.
 
İşğaldan azad olmuş ərazilərimizə "Böyük Qayıdış" mərhələli şəkildə davam etdirilir. Yaxın gələcəkdə növbəti köçün Füzuli rayonunun Dövlətyarlı kəndində baş tutması gözlənilir.
 
Dövlət komitəsinin sədr müavini onu da bildirib ki, Ağalıda məskunlaşan şəxslərin doğmaları portaldan qeydiyyatdan keçdikdən sonra öz yaxınlarını görməyə gedə bilərlər.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR