İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ Zəfərinə gedən Qurtuluş yolu - deputatın yazısı

389 14.06.2024 12:55 Siyasət A A

Azərbaycan xalqı sabah, iyunun 15-də dövlətçiliymiz və müstəqilliyimiz üçün həyati əhəmiyyət kəsb edən tarixi günü- Milli Qurtuluş Gününü böyük qürur hissi ilə qeyd edəcək.
15 iyun 1993-cü il.

Düz, 31 ilik zaman kəsimi bizi ayırır bu tarixi gündən.
Bu tarixə kimi çox çətin və kəşməkeşli günlərini yaşayan xalqımız iki yol ayrıcında qalmışdı:
- yeni boy atmaqda olan müstəqillik xəyallarının gerçəkləşdirilməsi, yoxsa, bu ümidlərin birdəfəlik dəfn edilməsi;
- dövlətinin və cəmiyyətinin ayrı-ayrı hissələrə parçalanmasının davamı, yoxsa, vahid Azərbaycan bayrağı altında birləşərək var olması;
- hakimiyyət böhranının, siyasi özbaşınalığın, vətəndaş müharibəsinin və cinayətkarlığın dərinləşməsi, yoxsa hüquqi dövlətin, güclü və etibarlı hakimiyyətin yaradılması, cəmiyyətdə ictimai barışın və sabitliyin bərqərar olması;
- iqtisadi və sosial problemlərin, yoxsulluğun və işsizliyin tüğyan etməsi, yoxsa, çiçəklənən və inkişaf edən, gələcəyə ümidlə baxan bir ölkənin inşası;
bir sözlə, Azərbaycan xalqı və dövləti 15 iyun 1993-cü ilə kimi ölüm və qalım arasında çarpışır, düşdüyü bataqlıqdan çıxmaq üçün yalnız və yalnız bir tarixi Şəxsiyyətə, zamanın sınağından uğurla çıxmış Heydər Əliyevə güvənir və Ondan kömək istəyirdi.
Bu da səbəbsiz deyildi.
Ona görə ki, nə vaxt Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinə və xalqına rəhbərlik edibsə, o zaman xalqımız və dövlətimiz böyüyüb, inkişaf edib, ona qarşı oynanılan bütün oyunların və çirkin planların qarşısı qətiyyətlə alınıb. Nə vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olmayıb, o zaman xalqımız və dövlətimiz üçün dəhşətli və faciəli günlər başlayıb, soydaşlarımız soyqırıma və deportasiyaya məruz qalıb, torpaqlarımıza, dövlətçiliyimizə və milli kimliyimizə təcavüz olunub, siyasi hakimiyyət böhranı və idarəetmədə xaos yaşanıb.
Təsadüfi deyil ki, 1987-ci ilin oktyabrında Heydər Əliyev Sovetlər Bilriyinin rəhbərliyindən istefa verəndən bir ay sonra xalqımızın ağır və faciəli günləri başladı, Qarabağda erməni separatizmi baş qaldırdı, 5 ildə 5 dəfə hakmiyyət böhranı yaşandı, iqtidar dəyişdi, ölkə idarəedilməz vəziyyətə düşdü.
Bacarıqsız, prinsipsiz və milli ruhu olmayan, ən böyük vəzifələrini Heydər Əliyevə qarşı çıxmaqda və onun haqqında “donos” yazdırmaqda görən, Qobaçovun anti-Azərbaycan göstərişlərini canla-başla yerinə yetirən Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun yarıtmaz rəhbərliyi dövründə soydaşlarımız 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan deyilən tarixi torpaqlarından deportasiya edildi, xalqımıza qarşu 20 yanvar cinayəti və Xocalı soyqırımı törədildi, Qarabağın işğalına başlanıldı.
Yaqub Məmmədov və AXC-Musavat cütlüyünün hakimiyyəti dövründə isə bütün sahələrdə başlanan böhran daha da dərinləşdi. Qarabağın Dağlıq hissəsi, Şuşa, Laçın və Kəlbəcər Ermənistan tərəfindən işğal olundu, digər rayonların işğalı üçün əlverişli zəmin yaradıldı. AXC-Musavat iqtidarının hakimiyyət hərisliyi və səbatsızlığı nəticəsində Azərbaycan real parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, qardaş qanı axıdıldı və ölkə vətəndaş müharibəsinə sürükləndi. Ölkə iqtisadiyyatı tam iflic vəziyyətinə düşdü, infilyasiya misli görünməmiş dərəcədə artdı və insanların həyat səviyyəsi dözülməz hal aldı.
Milli və nizami ordu qurmaq əvəzinə hər partiya və siyasi qrup özünə silahlı dəstələr yaratdılar və bu dəstələrdən hakmiyyət uğrunda gedən mübarizədə vizdansızcasına istifadə etdilər.
AXC-Musavat iqtidarı dövləti saldıqları bataqlıqdan çıxarmağın və Azərbaycan xalqının qəzəbindən qurtulmağın yeganə yolunu böyük dövlət adamı, idarəetmənin və siyasətin ustadı Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördülər.
15 iyun 1993-cü ildə Heydər Əliyev Milli Məclisin Sədri seçilməklə Azərbaycan dövlətinin və xalqının xilaskarlıq missiyasına və Milli Qurtuluş savaşına başladı.
Missiya ağır, təhlükəli və məşəqqətli idi.
Bu ağır yükün öhdəsindən gəlmək üçün fövqəladə güc, bacarıq, mahir diplomatiya, siyasi fəhm, qəti iradə və cəsarət, zəngin dövlətçilik və idarəetmə təcrübəsi, xalqına təmannasız sevgi, xalqın yüksək etimadını və inamını qazanmaq, xüsusilə, millət və dövlət yolunda hər şeydən, o cümlədən canından keçməyə hazır olmaq kimi ali və peşəkar keyfiyyətlərin bir şəxsiyətdə, liderdə cəmlənməsi tələb olunurdu. Azərbaycan xaqlı və dövləti bu baxımdan çox şanslı idi. Çünki bütün bu ali keyfiyyətlərin hamısı Ulu Öndər Heydər Əliyevdə cəmləşmişdi.
Məhz bunun sayəsində Heydər Əliyev ilk baxışdan mümkün olmayanı mümkün edə bildi, üzərinə götürdüyü xilaskarlıq missiyasını və Milli Qurtuluş Savaşını qələbə ilə başa çatdırdı.
Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı parçalanmqdan və iç savaşdan qurtardı, xalqın müstəqil yaşamaq inamını özünə qaytardı, siyasi hərci-mərciliyə və anarxiyaya son qoydu, ictimai-siyasi sabitliyi və qanunçuluğu bərqərar etdi, silahlı müxalifəti və milli satqın şəbəkəsini ifşa etdi, hüquqi və demokratik dövlət quruculuğuna, iqtisadiyyatın yenidən qurulmasına, sosial rifahın yaxşılaşdırılmasına və bir sözlə, müasir Azərbaycan adlı möhtəşəm binanı kəpic-kərpic yenidən tikməyə başladı və buna müvəffəq oldu.
Milli Qurtuluş Günündən başlayaraq Heydər Əliyev dühası elə bir siyasi məktəb yaratdı ki, milli və müstəqil dövlətimizin elə güclü və dayanıqlı təməli qoyuldu ki, xalqımız 31 ildir ki, bunun bəhrəsini görür. 31 ildir ki, Heydər Əliyev siyasəti və milli qurtuluş fəlsəfəsi bütün imtahanlardan və sınaqlardan şərəflə çıxaraq xalqımıza xidmət etməyə davam edir.
Ulu Öndər Heydər Əliyevin böyüklüyü və uzaqgörənliyi həm də onda idi ki, bir çox ətraf ölkələrdən, xüsusilə, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və digərlərindən fərqli olaraq dövlətçiliyin təməlini təşkil edən uğurlu siyasi varis kimi həssas və məsuliyyətli bir vəzifəni zamanında həll edə, cənab İlham Əliyevi bu mübarək missiya üçün yetişdirə bildi.
Cənab İlham Əliyev isə nəinki Ulu Öndər Heydər Əliyevin dövlətçilik və siyasi mirasına sahib çıxmağı bacardı, həm də, Heydər Əliyev siayasətinin nə qədər doğru, müdrük və əbədiyaşar olduğunu öz əməli və şücaiəti ilə bütün dünyaya nümayiş elətdirdi, Prezident seçiləndən sonra Ulu Öndərin həyata keçirməyə macal tapmadığı bütün ideya və arzularını, vəsiyyət və tapşırıqlarını bir-bir və qüsursuz olaraq yerinə yetirdi.
Prezident İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatını yaratdı, vətəndaşların həyat səviyyəsini yüksəltdi, yoxsulluq həddini minumuma endirdi, ölkəmzi dünyada daha da tanıtdı, peşəkar milli ordu yaratdı, milli ruhu və azərbaycançılıq məfkurəsini hər zaman diri tutdu, torpaqlarımızın işğalı ilə barışmadı və bütün təzyiqlərə rəğmən Ermənistanla aparılan danışıqlarda bir addım da olsa milli maraqlardan geri çəkilmədi, ən vacibi isə xalqı və ordunu son və həlledici döyüşə hazırlaya bildi.
Cəmi 44+1 günə bütün işğal olunmuş əraziləri, hələ də bir çoxu üçün möcüzə kimi görsənən Şuşanı, Xankəndini, Xocalını, Xocavəndi, Əsgəranı və bir sözlə, bütün Qarabağı misli görünməmiş fədakarlıq, qətiyyət, diplomatiya və siyasi zəka ilə azad etdi.
Mübaliğəsiz demək olar ki, 21-ci əsrdə, xüsusilə, böyük hərbi güclərin Ukyraynada və ortaq şərqdə düşdükləri çıxılmaz bataqlığın fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan xalqının və şanlı ordumuzun əldə etdiyi 45 günlük hərbi və siyasi qələbənin dünyada heç biri analoqu yoxdur, bu baxımdan, dünya azərbaycanlılarının hiss etdiyi milli qürurun və özgüvənin də dünyada tayı-bərabəri yoxdur.
Hər keçən gün Milli Qurtuluş Günü ilə başlayan Heydər Əliyev siyasətinin təntənəsinin şahidi oluruq.
Bugünkü Azərbaycan, artıq, Cənubi Qafqazın aparıcı ölkəsi statusundan daha çox irəliyə gedərək dünya çapında söz sahibinə çevrilibdir. Ölkəmiz dünya siyasətinin formlalaşmasında öz iştirakını və təsirini artırmaqdadır. Artıq kiçik ada dövlətləri və Fransanın dənizaşırı ölkələri beynəlxalq qanunlara və prinsiplərə uyğun olaraq müstəmləkə buxovlarından azad olmaq və müstəqilliklərini əldə etmək yolunda Azərbaycana ümid yeri kimi baxırlar. Bu gün Prezident İlham Əliyev Qlobal Cənubla Avropa İttifaqı, Qərb arasında COP29 çərçivəsində körpü yaratmaq kimi qürurverici bir qlobal missiyanı həyata keçirməkdədir.
Əminəm ki, Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Gününün əks-sədaları hələ bundan sonra da dünyaya daha çox səs salacaqdır.
Milli Qurtuluş Günün mübarək, Azərbaycan xalqı!

Azay Quliyev, millət vəkili

azay....jpg (17 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR