İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ qazisi DOST-la nazirlik arasında qalıb – Mübahisəli məsələ

816 16.01.2023 17:50 Sosial A A

Azərbaycan dövlətinin Qarabağ qazilərini hansı qayğı və diqqətlə əhatə etdiyi sirr deyil. Bununla bağlı Prezident İlham Əliyevin bağlı xeyli sərəncam və göstərişi var. Onlardan biri də qazilərin sağlamlıq və reabilitasiyası ilə bağlıdır. 

Təəssüf ki, heç də həmişə dövlət başçısının tapşırıqlarına, yaxud qəbul edilmiş müvafiq qanunun tələblərinə lazımınca riayət edilmir. 1-ci Qarabağ müharibəsində yaralanmış, ikinci qrup əlil Firidov Fikrət Talış oğlunun şikayəti məhz bununla bağlıdır. Bəs söhbət nədən gedir? 

Redaksiyamıza müraciət edən qazi deyir ki, indiyədək səhhəti ilə əlaqədar bir neçə dəfə, növbəlilik əsasında reabilitasiya kurslarından keçib və kifayət qədər yaxşı nəticələr olub. Bununla belə, onun sözlərinə görə, qanunla qazilərin sanatoriyada istirahət hüququ da var ki, bundan yararlana bilmir. 

Dediyinə görə, DOST mərkəzinə müraciət eləsə də, oradan ona Müdafiə Nazirliyinə üz tutmağı məsləhət görüblər. Yəni sanatoriyaya “puyovka”nın (“göndərişin”) DOST-un deyil, nazirliyin səlahiyyətində olduğunu bildiriblər. Nazirlikdən isə onu təzədən DOST-a yönəldiblər. Beləcə, Qarabağ qazisi DOST-la nazirlik arasında qalıb.

DOST mərkəzindən “Yeni Müsavat”ın sorğusuna belə cavab verildi: 

“Sizin müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 saylı Qərarı və 2021-ci il 23 dekabr tarixli 406 saylı Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalar ilə müəyyən olunmuş imtiyazlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən  putyovka ilə növbəlilik qaydasında təmin olunurlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması QAYDASI”na əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizi, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyası hər il təsdiq edilən dövlət büdcəsində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Eyni zamanda, həmin Qaydaya əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, pensiya alan hərbi qulluqçulara Azərbaycan Respublikasının ərazisində yerləşən sanatoriya-kurort müəssisələrinə verilən putyovkaların (yollayışların) dəyərinin ödənilməsi dövlət sosial müdafiə fondunun hər il təsdiq edilən büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR