İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ”ın futbolçusu ilə millinin baş məşqçisi arasında qalmaqal - FOTOlar

1517 09.10.2023 22:20 İdman A A

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzianın paylaşımı ölkəsi Əlcəzairdə gündəm mövzusu olub.

Musavat.com "qafqazinfo"ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu yığmaya çağırılmamasına etiraz edib.

Əslində, etiraz onun dostu tərəfindən olunub. Belə ki, dostu açıqlanan heyətdə Benzianın olmamasından şikayətlənib: "Belmadi ciddidir? Benzia ən yaxşı formada olan əlcəzairli yarımmüdafiəçidi. 10 avrokubok matçında iştirak edib, amma dəvət almır".

Dostunun bu fikirlərini Benzia instaqram səhifəsində paylaşaraq narazılığını bildirib. Əlcəzair yığmasının baş məşqçisi Camel Belmadinin son mətbuat konfransında da bu məsələ gündəmə gətirilib. Ancaq fransalı mütəxəssis məsələni şişirmək istəməyib. Onun cavabı qısa olub: "İstədiyini deyə bilər".

Qeyd edək ki, Yassin Benzia 2018-ci ildən bəri Əlcəzair millisinə çağırılmır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR