İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ ermənisindən etiraz: "Heç kimi aldatmayın və panika yaymayın"

1194 08.08.2023 19:32 Gündəm A A

Qarabağda insanların guya aclıqdan ölməsindən danışaraq, xarici dünyanı aldatmağa, əhali arasında panika yaratmağa çalışmayın.

Musavat.com “caliber.az” saytına istinadən xəbər verir ki, Artur Osipyan Ermənistanın “1inam” kanalına müsahibəsində deyib.

Hazırda Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının olduğu ərazidə ərzaqla bağlı hər hansı problemin olub-olmaması bağlı suala Osipyan vəziyyətin belə olmadığını açıqlayıb.

“Düzünü desəm, bəhs etdiyiniz acınacaqlı vəziyyət bu gün yaranmayıb. Bu hakimiyyət 30 ildir Qarabağı talayır və bu pisləşmə indi baş verməyib, vəziyyət həmişə ağır olub. İndi bu problemlər daha da artıb. Bəli, problemlər var, amma guya Qarabağda insanlar acından öldüyünü söyləmək şişirtmədən başqa bir şey deyil. Bəli, vəziyyət çətindir: çörək növbələrindən tutmuş mağazadan nəsə almağa qədər... Belə faktlar mövcuddur, lakin bu problemlər “blokada” ilə bağlı deyil”,-deyə Osipyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR