İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” Çempionlar Liqasından nə qədər qazanacaq?

1677 11.08.2022 16:10 İdman A A

“Qarabağ” Çempionlar Liqasında qrup mərhələsinə düşərsə, 15,64 milyon avro qazanacaq.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisi Plzen “Viktoriya”sına qalib gəlib ÇL-in qrupuna düşsə, qazanacağı hər oyuna görə 2,8 milyon avro gəlir əldə edəcək. Heç-heçə isə “Qarabağ”a 930 000 avro vəsait qazandıracaq.

“Qarabağ” pley-off mərhələsində məğlub olarsa, beş milyon avro qazanacaq.

Qeyd edək ki, Çempionlar Liqasının qalibi 20 milyon avro, ikinci yer sahibi isə 15,5 milyon avro ilə mükafatlandırılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR