İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” azarkeşlərə MÜRACİƏT etdi 

1402 30.09.2023 20:43 İdman A A

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hakken”lə üz-üzə gələcək “Qarabağ” azarkeşlərə müraciət edib.

Klubdan Trend-ə verilən məlumata görə, komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Ullevi” stadionunda 8-ci qapının qarşısından ala bilərlər.

Tərəfdarlardan şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmələri tələb olunur. Biletlərin qiyməti 22 avrodur.

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq “Hakken” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR