İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qara Pantera: Vakanda əbədi” filminin ilk nümayişi keçirildi - Fotolar

41954 11.11.2022 15:23 Mədəniyyət A A

Noyabrın 7-də məşhur “Qara Pantera: Vakanda əbədi” filminin qapalı nümayişi keçirilib.

Musavat.com xəbər verir ki, “Park Cinema Flame Towers” kinoteatrında keçirilən nümayişdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Öncə ənənəvi olaraq “Park Cinema” tərəfindən “Marvel” sevərlər üçün xüsusi şou təqdim olunub. Daha sonra tamaşaçılar filmi IMAX formatında izləyiblər.

Qeyd edək ki, “Qara Pantera: Vakanda əbədi” filminin qapalı nümayişi rəsmi premyeradan 3 gün öncə keçirilib və ilk nümayişi məhz Azərbaycanda baş tutub. Nümayişdə iştirak edənlər filmi ilk izləyənlərdən olublar.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR