İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi zərurəti yaranıb - Kamran Əliyev 

1329 02.04.2024 11:06 Ölkə A A

“Azərbaycan hazırda zəfər dönəmini yaşayır”.

Musavat.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın bütün torpaqları işğaldan azad edilib, azad edilən ərazilərdə quruculuq və yenidənqurma işləri qürurvericidir.

Kamran Əliyev qeyd edib ki, hüquq-mühafizə orqanlarında şəffaflığın, peşəkarlığın artırılması istiqamətində işlər aparılır:

“Rəqəmsallaşma əsas sahələrdən biridir. Bu, cinayət prosesi ilə bağlı xüsusi sahədir. Artıq qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi zərurəti yaranıb”.

Konfransda Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da çıxış edib.

O deyib ki, hüquq-mühafizə orqanlarında çoxsaylı innovasiyalar uğurla tətbiq edilir:

“Ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir. Hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb, çoxsaylı innovasiyalar uğurla tətbiq edilməkdədir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR