İnsanlara hürriyət, millətlərə istiqlal!

Qandi Modini ittiham etdi: Bu, saxtakarlıqdır...

782 06.06.2024 18:45 Dünya A A

 

Hindistan müxalifəti ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin açıqlanması zamanı birjalarda baş verən dalğalanmaların araşdırılmasını tələb edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, müxalif İ.N.D.İ.A alyansının lideri Rahul Qandi mətbuat konfransında müvafiq bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi və daxili işlər naziri Amit Şah öz çıxışlarında “investisiya məsləhətləri” veriblər və bu, seçkinin nəticələrinin açıqlandığı gün bazarın yüksələcəyini nəzərdə tutub. Lakin deyilənin əksinə olaraq, bazarlardan eniş baş verib və nəticədə milyonlarla pərakəndə investor böyük məbləğdə pul itirib: "Biz əminik ki, bu, saxtakarlıqdır. Kimlərsə pərakəndə investorların hesabına milyonlar qazanıb. Biz bu məsələnin araşdırılması üçün parlamentin birgə komissiyasının yaradılmasını tələb edirik".

“Business Standard”ın verdiyi məlumata görə, bu gün Modinin Bharatiya Janata Partiyasının (BJP) seçkilərdə sabit çoxluğunu itirməsi xəbəri Sensex və Nifty, Bombay Fond Birjası və Milli Fond Birjası indekslərinin aşağı düşməsinə səbəb olub. BSE Sensex 6,200 bənd və ya 5,74 faizdən çox geriləyərək 72,079-da qərarlaşıb, Nifty 50 isə 1,379 bənd və ya 5,93 faiz azalıb. Lakin Modinin yenidən hökumət qura biləcəyi məlum olanda, onun rəhbərlik etdiyi Milli Demokratik Alyans (NDA) koalisiyası lazımi səs çoxluğu qazandığından, indekslər yenidən yüksəlib.

Ümumilikdə, Modinin koalisiyası gələcək parlamentin aşağı palatasında 293 yerə sahibdir, baxmayaraq ki, exit-poll daha yüksək rəqəmləri proqnozlaşdırırdı. Son müddətdə BJP 303, NDA isə 543 yerdən 352-ni qazanıb. 28 partiyadan ibarət müxalifətçi Hindistan Milli İnklüziv İnkişaf Alyansı 234 yer qazanıb. Alyansın aparıcı partiyası olan Hindistan Milli Konqresi aşağı palatadakı təmsilçiliyini 53-dən 99-a yüksəldib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR