İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" "Qarabağ"ın azərbaycanlı futbolçularını transfer etməyə hazırlaşır

1636 20.08.2022 18:00 İdman A A

"Qarabağ"ın yerli futbolçuları Toral Bayramov və Qara Qarayev İstanbul nəhəngi "Qalatasaray"ın transfer siyahısına düşüb. 

BAKU.WS-in məlumatına görə, Türkiyə mətbuatı İstanbul klubunun skautlarının futbolçuların menecerləri ilə artıq əlaqə saxladıqlarını yazıb.

Türkiyə KİV "Qarabağ"ın bu il Çempionlar Liqasındakı uğurlu çıxışını xatırladaraq bunda Toral Bayramov və Qara Qarayevin rolunu yüksək qiymətləndirib. Toral Bayramovun ötən mövsüm bir qol və beş məhsuldar ötürmə ilə oynadığı, Qara Qarayevin isə hesaba hər hansı bir təsiri olan fəaliyyətlə yadda qalmadığı vurğulanıb.

Toral Bayramovla həmçinin Türkiyə Super Liqasının digər təmsilçisi "Kayserispor" klubu və I dvizion kollektivi "Eyüpspor"un da maraqlandığı deyilir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR