İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"ın və "Başakşəhər"in sabiq məşqçisi zəlzələdə HƏLAK OLDU

1555 12.02.2023 20:57 Maraqlı A A

“Qalatasaray”, “Başakşəhər”, “Karagümrük” və “İstanbulspor”da, son olaraq isə “İskenderunspor”da qapıçı məşqçisi işləyən Uğur Kurt zəlzələ fəlakətində həyatını itirib.

Musavat.com xəbər verir ki, “İskenderunspor”un qapıçı məşqçisi Uğur Kurtun Kahramanmaraşda baş verən zəlzələdə həlak olduğu təsdiqlənib.

Başakşehir başçısı Göksel Gümüşdağ, "Akademiyamızda da çalışan və son vaxtlar "İskenderunspor"un qapıçı məşqçisi vəzifəsində fəaliyyət göstərən Uğur Kurtun vəfat xəbərini kədərlə öyrəndim. Uca Allahdan müəllimimizə rəhmət, ailəsinə başsağlığı diləyirəm",-deyə bildirib. 

52 yaşlı təcrübəli məşqçi "Zeytinburnuspor", "Qalatasaray", "Sarıyer", "Boluspor", "Karagümrük", "Manisaspor", "İstanbulspor" və "Başakşəhər"də çalışıb. Son olaraq “İskenderunspor”da xidmət edirdi. 

Qeyd edək ki, baş verən zəlzələdən sonra dağıntılar altından çıxarılaraq reanimasiyaya yerləşdirilən “İskenderunspor”un digər məşqçisi İbrahim Halil Ölməz də xəstəxanada dünyasını dəyişmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR