İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqaz Siciliyası”nın əzabkeşi

2715 18.12.2022 11:25 Yazarlar A A

 

Biri deyir, gərək o, Gürcüstana qayıtmayaydı. Başqa biri isə söhbətə lap dəhnədən girir: “Mişa gərək heç Gürcüstandan getməyəydi”.

Eks-prezident Saakaşvilinin başına gələnlər barədə başqa cür fikir bildirənlər də var.

“Gərək qayıtmayaydı” deyənlər onu nəzərdə tuturlar ki, adam ABŞ-da, Avropanın istənilən ölkəsində, çoxdan sığındığı, hətta yüksək vəzifə aldığı Ukraynada qala bilərdi.

“Gərək getməyəydi” deyənlər isə onun Gürcüstandan getməyini nəzərdə tutmurlar, hakimiyyətdən getməyini nəzərdə tuturlar.

 556.jpg (30 KB)

İkisi də mümkün deyildi. Qanuni və azad seçki yolu ilə, xalqın iradəsi ilə hakimiyyətə gəlmiş Nikoloziç iki müddət president seçilmişdi, 3-cü müddətə qanunlar və siyasi etika yol vermirdi, xalq da parlament seçkilərində onun rəqibinə səs vermişdi.

Yəni Saakaşvilini demokratik lider olaraq hakimiyyətdə qalmaq şansı yox idi, yalnız diktator olub qala bilərdi. Buna isə nə özü, nə də onu ABŞ və Avropada himayə edən dairələr razı deyildi.

778.jpg (79 KB)

Hakimiyyətdən gedəndən sonra Saakaşvilinin Gürcüstanda qalması da mümkünsüz idi. Heç bir bahalı mülkü, lüks avtomobili, çoxrəqəmli bank hesabı, varidatı olmasa da, onu nəyə görəsə dolaşdırıb tutacaq, indiki halına salacaqdılar. Çünki fitvası şimal paytaxtından hələ 2008-ci ilin avqustunda verilmişdi.

Ancaq Saakaşvilinin Gürcüstana qayıtmaması mümkün idi. Ölkəsinin daxili siyasəti, gələcəyi ilə maraqlanmaz, Avropada asudə həyatını yaşayar, ambisiyasını boğar və qayıtmazdı. Eks-prezidentin hesablamaları isə yanlış oldu, gürcü xalqının dəstəyinə ümid olub qayıtdı və tutuldu.

665.jpg (12 KB)

 

Əslində Mixail Nikoloziç hələ 2012-ci ilin oktyabrında, rəhbərlik etdiyi partiya gürcü seçicilərdən lazımi qədər səs almayanda və 3 aydan sonra hakimiyyətdən getməli olacağı yəqinləşəndə (sonradan o, prezidentlik müddətini 2013-cü ilin oktyabrına qədər uzatdı) barmağını dişləməliydi ki, ölkəsinə xidməti, xalqı üçün gördüyü işlər lazımınca qiymətləndirmir.

Kim nə deyir, desin, Saakaşvili tamamilə başqa bir Gürcüstan inşa etmiş, gürcü xalqının reputasiyasını dəyişmiş, onu Avropa xalqlarına yaxınlaşdırmış, postsovet məkanının ən qanunçul və dürüst ölkəsi halına gətirmişdi.

Hələ sovet dövründə mafiyaları, korrupsiyası, kriminogen durumunun bərbadlığı ilə ad çıxarmış Gürcüstandan əsər-əlamət qalmamışdı. Saakaşvili kriminal avtoritetlərin bir yarısını həbsxanalara doldurmuş, yerdə qalanını ölkədən didərgin salmışdı. Beləcə, Gürcüstan “Qafqazın Siciliyası” olmaqdan çıxaraq, Qafqazın Lüksemburqu halına gəlməkdəydi.

77876.jpg (62 KB)

Ancaq lüks həyata öyrəşmiş qoca revanşistlər, kriminal ünsürlər, güzəranından narazı insanlar, keçmiş partokratlar, gələcəyə ümid edən gənc karyeristlər, Moskvaya rəğbət bəsləyənlər birləşdilər və Saakaşvilinin qaydaları ilə yaşamaq istəmədiklərini ortaya qoydular.

Nəticədə o uduzdu. 5-6 ildən sonra Gürcüstanda vəziyyətin öz dövründəkindən qat-qat pis olduğunu görən Saakaşvili düşündü ki, gürcü xalqı artıq onun qədir-qiymətini bilir, ona görə də qayıda bilər. Görünür, ona xalqın dəstəyil ilə bağlı informasiyalar çox verilmişdi.

Bu, yanlış idi. Gürcü xalqının bir hissəsi gerçəkdən də onun qədrini bilməyə başlasa da, yetərli deyildi, qisasçılar və kriminal fəaliyyətlə milyonlar qazananlar sağ və güclü idilər. Onlar Saakaşvilinin yenidən hakimiyyətə gəlib onlara problem yaradacağına razı ola bilməzdilər.

saakasvili cerima.jpg (35 KB)

Bunlar havayı söhbətlər deyil. Bu yaxınlarda bir sənədli rus filmində hüquq-mühafizə orqanlarına yaxşı bələd olan bir hüquqşünas deyirdi ki, postsovet məkanında fəaliyyət göstərən 440 oğrubaşının (başqa sözlə, “vor v zakone”) 250-dən çoxu gürcü əsillidir.

Təkcə bu detal “Qafqaz Sicilyası”nın vətəndaşlarının kriminala nə qədər meylli olduğunu göstərir. Saakaşvili isə bütün varlığı ilə korrupsiyaya və kriminal özbaşınalığa qarşıydı.

Bəzən onun hakimiyyəti dönəmində müxaliflərə və öz komandasının üzvlərinə divan tutduğunu, hətta onun əmri ilə bir neçə adamın öldürüldüyünü də iddia edirlər. Belədirsə, bu işlərin üstü indi nədən açılmır? Saakaşvili həbsxanadadır və nəinki nəyisə ört-basdır etmək, hətta sərbəst yerimək gücü yoxdur.

444.jpg (87 KB)

                                     Nino Burcanadze, M.Saakaşvili və Zurab Jvaniya

Gürcüstan parlamentinin sabiq sədri Zurab Jvaniyanın ölümünə gəlincə, Saakaşvili bir dəfə bu kimi iddiaların artdığını və şiddətləndiyini görərək, üstüörtülü şəkildə, eyhamla bir ifadə işlətdi, dedi, elə etməsinlər ki, Jvaniyanın ölümünə dair bütün həqiqətləri tam çılpaqlığıyla dilə gətirək. Mesaj ünvanına çatdı və bu işin arxasında olanlar susmağa məcbur oldu. Saakaşvili açıqlığı ilə deməsə də, çox adam bilirdi ki, söhbət Jvaniyanın homoseksual əlaqələrindən və ölüm hadisəsinin sırf ehtiyatsızlıq üzündən baş verməsinə heç bir şübhə yerinin olmamasından gedir.

İndi belə bir şəxs türmədə əziyyət çəkir, xeyli qocalıb, arıqlayıb, ruh düşkünlüyünə qapılıb, hərəkət etməsi çətinləşib. Gürcüstanın mafioz və korrupsionerləri isə əski zamanlarına qayıdıblar, yenə lüks həyatlarını yaşayırlar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR