İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin sevimli qəzeti”nin baş redaktoru vəfat etdi

1021 14.09.2022 14:35 Region A A

Rusiyanın ən iri tirajlı qəzeti və Kremlin əsas təbliğat vasitələrindən sayılan “Komsomolskaya pravda”nın baş redaktoru Vladimir Sunqorkin dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, Vladimir Sunqorkin 1985-ci ildən “Komsomolskaya pravda”da çalışıb, özəlləşdirmədən sonra uzun müddət onun sahibi olub.

Putinin prezidentliyi dövründə “Komsomolskaya pravda” demək olar ki, həmişə Kremlin kursunu dəstəkləyib və yalnız ayrı-ayrı məmurları tənqid etməyə imkan tapa bilib.

“LiveInternet”in məlumatına görə, qəzetin internet saytı aylıq 65 milyon ziyarətçi ilə Rusiyada ən çox ziyarət edilən özəl media platforması sayılır. Vladimir Sunqorkin “Vətən qarşısında xidmətlərinə görə”, “Şərəf nişanı” ordenləri və digər dövlət mükafatları ilə təltif edilib.

Xatırladaq ki, bu ilin aprelində V.Sunqorkin Avropa İttifaqının sanksiyalarına məruz qalan media rəhbərlərindən biri olub. Sanksiya sənədlərində Sunqorkin Kremlin birbaşa nəzarəti altında olan, Putin rejiminin aqressiv anti-Ukrayna və anti-Qərb təbliğatını aparan, Ukraynaya qarşı təcavüzkar müharibəyə haqq qazandıran kimi göstərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR