İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin sevgilisi ABŞ-ı qorxutdu: Avropa sanksiyalar tətbiq edir

5496 09.05.2022 21:13 Gündəm A A

Avropa İttifaqı Vladimir Putinin sevgilisi olduğu iddia edilən gimnast Alina Kabayevaya sanksiya tətbiq etmək üçün qollarını çırmalayıb.

Musavat.com Lent.az-a istinadla məlumatına görə, ABŞ-ın isə Kabayevanı sanksiya siyahısına daxil etməkdə tərəddüd etdiyi bildirilir.

Amerikanın CNN televiziyasının Avropa Komissiyasının mənbələrinə əsaslanaraq verdiyi xəbərdə sanksiya siyahısına salınacaq adlarla bağlı müzakirə aparıldığı, lakin adları açıqlanmayan diplomatlara görə, bu qərar sadə bir iş deyil. Kabayeva keçən ay SSRİ-nin İkinci Dünya Müharibəsində nasizm üzərində qələbəsini Putinin işğalı ilə müqayisə etdikdən sonra "hədəfdə olan insanlar" siyahısına əlavə edilib.
Sanksiya təklifində Kabayeva Putinin təbliğat maşınını yaradan və demək olar ki, bütün Rusiya dövlət mediasında əhəmiyyətli paya malik olan Milli Media Qrupunun idarə heyətinin sədri kimi göstərilir. Sənəddə qeyd olunur ki, keçmiş gimnast və Dövlət Dumasının keçmiş deputatının "prezident Vladimir Putinlə yaxın münasibəti var".

Bu il 70 yaşı tamam olacaq Rusiya lideri 2008-ci ildən bəri Olimpiadanın qızıl medalçısı, 38 yaşlı Kabayeva ilə münasibətlərini inkar edib. Münasibətlərini ilk dəfə yazan Moskva qəzeti isə bu xəbərdən az sonra bağlanıb.

WS Journal isə keçən ay dərc etdiyi xəbərdə Vaşinqtonun Kabayevaya qarşı sanksiyaları nəzərdən keçirdiyini bildirib. Xəbərdə Vaşinqtonun 11 saatlıq danışıqlar prosesindən sonra Kabayevanın yeni sanksiyalar paketindən çıxarıldığı bildirilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR