İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin paradda şok mesajı: bu şəhərlər işğal ediləcək - CANLI

2794 10.05.2022 15:33 Gündəm A A

9 May Qələbə paradında Rusiya lideri Vladimir Putinin xüsusi hərbi əməliyyatı bitərəcəyi, əvəzində rəsmən müharibə və səfərbərlik elan edəcəyi haqda iddialar təsdiqini tapmadı. Ukrayna mediasına danışan ekspert Andrey Zolotarev Putinin işlətdiyi bəzi ifadələrə diqqət çəkib.

"Xüsusi hərbi əməliyyat"ın ləğvi və müharibə elanı indiyə qədər aparılan əməliyyatın uğursuzluğu demək olardı. Putin heç vaxt bunu özünə rəva görməzdi və görmədi də. Ona görə də hesab edirəm ki, yaxın günlərdə Rusiya gizli səfərbərliyə gedəcək.

Əsas məsələ Putinin işlətdiyi sözlərdədir. Putin paraddakı çıxışında dedi ki, onlar "öz torpaqlarında döyüşür". Bu isə o deməkdir ki, Rusiya Xerson vilayətinin və Donbasın anneksiyasına hazırlaşır.

Bundan başqa, hesab edirəm ki, onlar Odessa və Nikolayevi tutmaq, Dnestryanıya dəhlizdən keçmək cəhdlərindən əl çəkməyəcəklər. "Öz torpaqları" ifadəsinin vurğulanması, şübhəsiz ki, Ukrayna üçün pis siqnaldır", - deyə o bildirib.

TVMusavat-ın saat 15:30-da canlı yayınında aparıcı Emil Salamoğlu ilə politoloq Vaqif Hüseyn 9 Maydan sonrakı Ukraynanı müzakirə edirlər.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR