İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “müxalif rəqibi” bəlli oldu

1834 06.12.2023 18:16 Son xəbər A A

Rusiyada 2024-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkilərində vaxtilə Kseniya Sobçakın oynadığı rolu “Yeni Xalq” partiyasının lideri Aleksey Neçayev oynayacaq.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Neçayev Ukraynadakı işğalçı savaşı bəyənən “liberal” obrazını canlandıracaq.

Aleksey Neçayevin “Yeni Xalq”dan prezidentliyə namizəd olacağı barədə məlumatı partiyadakı iki mənbə təsdiqləyib. Artıq təbliğat-təşviqat kampaniyasına hazırlıq başlayıb və partiyanın dekabrda qurultayı (“namizədi seçən”) keçiriləcək. Neçayev və onun tərəfdaşları demək olar ki, hər gün “mütərəqqi təşəbbüslərlə” çıxış edirlər, lakin müharibəni də dəstəkləyirlər.

2022-ci ilin sentyabrında o, Putin haqqında bunları yazıbmış:

“Bu gün bu məsuliyyəti onunla bölüşək. Bu, qalib gələcəyimiz üçün yeganə yoldur. Ad günün mübarək, Vladimir Vladimiroviç! Biz sizinləyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR