İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin keçmiş xanımı savaşdan qazanıb

1101 11.04.2023 18:09 Maraqlı A A

Putinin keçmiş xanımı Lyudmila Oçeretnaya Ukraynaya qarşı başladılan təcavüzkar müharibədə varlanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun mikromaliyyə təşkilatı bir ildə mənfəətini 140 milyon rubl (1 milyon 900 min ABŞ dolları) artırıb.

Məlumata görə, son bir ildə rusların borc yükü rekord həddə çatıb. Müharibə ilində maliyyə şirkətləri rekord məbləğdə - 27 trilyon rubl kredit veriblər. Rusiya prezidentinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya (qızlıq soyadı Şkrebneva, Lyudmila Oçeretnaya sonuncu soyadını ikinci əri Artur Oçeretni ilə evlilikdən sonra götürüb—red.) da sadə insanların borcları hesabına pul qazanıb. Putinin keçmiş xanımına bağlı “KarMani” şirkəti 2022-ci ildə 391,3 milyon rubl (təqribən 4 milyon 750 min ABŞ dolları) qazanıb. Şirkətin xalis gəliri sülh dövrü ilə müqayisədə 66% artıb. “KarMani” avtomobil girovu ilə kredit verməklə məşğuldur.

Putina-Oçeretnaya şəxsən 2022-ci ildə “KarMani”dən 58 milyon rubl (704 min dollar) alıb. Bu barədə auditora verilən maliyyə hesabatlarında deyilir. Ödənişlər mikromaliyyə təşkilatının sahibi vasitəsilə həyata keçirilib. Həmin “sahib” isə Cənubi Kiprdə ofşor “Carmoney CY LTD” firmasıdır. Cənubi Kipr şirkətinin 99%-i Rusiya prezidentinin keçmiş həyat yoldaşına məxsus olan “Meridian” firması tərəfindən idarə olunur.

Yeni ilə iki gün qalmış Kiprdəki ofşor şirkəti “KarMani”nin sahibi olmaqdan çıxıb. Şirkət Rusiya yurisdiksiyasına keçib və “Smarttechgroup MMC” onun yeni sahibinə çevrilib. “KarMani” şirkətinin yeni sahibinin baş direktoru Anton Zinovyevdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR