İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin illik konfransının vaxtı və formatı açıqlandı

580 30.11.2023 16:29 Dünya A A

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik yekun mətbuat konfransı dekabrın 14-də keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə məlumatla Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Peskov bildirib ki, konfrans qarışıq formatda olacaq:

"Dekabrın 14-də Vladimir Putin ilin yekunlarına yekun vuracaq. Bu, veriliş olacaq, bu hələ televiziya kanallarının layihəsidir. Bu, birbaşa xəttin birləşmiş formatı və prezidentin yekun mətbuat konfransı olacaq”.

Onun sözlərinə görə, bu formatdan ilk dəfə istifadə edilmir - bundan əvvəl ondan 2020-ci ildə, pandemiya hər iki tədbirin əvvəlki formada keçirilməsinə mane olanda istifadə edilmişdi.

Kremlin sözçüsü tədbirin nə qədər davam edəcəyi ilə bağlı suala belə cavab verib:

“Böyük mətbuat konfransı və birbaşa xəttin əvvəlcədən müəyyən edilmiş, aydın vaxtı yoxdu”...

Böyük mətbuat konfransının və birbaşa xəttin harada keçiriləcəyinə aydınlıq gətirmək istəyinə cavab olaraq Peskov deyib:

“Bu barədə sizə vaxtında məlumat verəcəyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR