İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putini öldürtmək istədik...” - Budanovdan sensasion etiraf

1385 13.07.2024 22:57 Dünya A A

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov sensasion açıqlama verib.

Musavat.com xəbər verir ki, o, Ukraynanın online NV saytına müsahibəsində deyib ki, Rusiya prezidenti Vladimir Putinin həyatına sui-qəsd cəhdi edilib, lakin bu cəhdlər uğursuz olub.

Bildirilir ki, Budanov “sui-qəsd cəhdləri olub, amma gördüyünüz kimi, indiyə qədər uğursuz olub” deyib.Onun sözlərinə görə, ruslar Putini “itirməkdən qorxurlar”, çünki o, “onların həyati sabitliyinin təminatçısıdır”.

original.jpg (133 KB)

Budanovun fikrincə, Putinin ölümündən sonra ruslar İosif Stalinin ölümündən sonra SSRİ vətəndaşlarının yaşadıqları kimi hisslər yaşayacaqlar. Bununla bərabər, Ukrayna kəşfiyyatının rəhbəri söhbətin hansı sui-qəsd cəhdlərindən getdiyini dəqiqləşdirməyib.2022-ci ilin mayında Budanov “Ukrainskaya Pravda”ya müsahibəsində də “təxminən iki ay əvvəl qafqazlıların Putinin həyatına sui-qəsd cəhdi” etdiyini iddia etmişdi. Onun sözlərinə görə, sui-qəsd cəhdi uğursuz olub və ictimaiyyətə açıqlanmayıb. Yada salaq ki, 2012-ci ildə Putinə sui-qəsd hazırlayan İlya Pyanzin Rusiyada təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Qazaxıstan vətəndaşı olan Pyanzinin rusiyalı siyasətçilərə də sui-qəsd təşkil etməyi planlaşdıran terrorçu dəstənin üzvü olduğu iddia edilib.

WhatsApp Image 2024-07-13 at 22.53.28.jpeg (94 KB)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Putinin təhlükəsizliyinin lazımi səviyyədə təmin edildiyini bildirib.“Kiyev rejiminin bütün təhdidləri göz qabağındadır. Ona görə də birinci şəxsin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir” deyə, Peskov əlavə edib.

“Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat rəhbəri Kirill Budanov 1945-ci ildə vətənə xəyanətə görə asılan alman hərbi canisi Vilhelm Kanarisin taleyini təkrarlaya bilər”. Bunu isə hərbi ekspert Vasili Dandıkin NEWS.ru-ya bildirib. “Budanov hədsiz ambisiyaların və lovğalığın simasıdır. Əgər Vladimir Putinə sui-qəsdi olubsa, deməli, Rusiya xüsusi xidmət orqanları sakit və səməri iş görür” deyə, Dandykin bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR