İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən şok Donbas açıqlaması, rusların Litvaya hücum planı - detallar hərbi analitiklə CANLI  

635 21.06.2022 15:51 Gündəm A A

Bu günün zabit və əsgərlərimiz vətənimiz, xalqımız uğrunda fədakarlıqla döyüşür, Donbası neonasistlərdən müdafiə edirlər.
Bunu Rusiya Prezidenti Vladimir Putin ali hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə bildirib.

O, Rusiyanın Silahlı Qüvvələri inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyini söyləyib.

Putin dünyada analoqu olmayan S-500 komplekslərinin qoşunlara daxil olmağa başladığını da xatırladıb.

Rusiya Prezidenti “Sarmat” strateji raket sisteminin ilin sonunda döyüş növbətçiliyində olacağını da söyləyib.
Rusiyanın Kalininqradın nəqliyyat blokadasına cavabı Litva sakinləri üçün ciddi və həssas olacaq.

Bunu isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kalininqradda keçirdiyi müşavirədə bildirib.

O, Litvanın Kalininqrad vilayətinə yüklərin tranzitini məhdudlaşdırmaq qərarını düşmənçilik adlandırıb.

Rusiyanın bir sıra teleqram kanalları erməni mənbələrinə istinadən xəbər yayıb ki, Zaporojye vilayətində rus ordusu ilə döyüşlərdə Ukrayna Silahlı Qüvvələrinin istifadəsində Azərbaycan istehsalı olan 82 millimetrlik 20N5 minaatanları var.

TVMusavat-ın saat 16:00-da canlı yayınında aparıcı Emil Salamoğlu hərbi analitik Ramil Məmmədli ilə müzakirə edir.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR