İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Rusiyanın gələcəyi ilə bağlı SENSASİYA: "Asan deyil..."

1306 11.12.2023 18:28 Dünya A A

 

Rusiyanın gələcəyi xüsusi hərbi əməliyyatların iştirakçılarının həyata keçirdikləri döyüş fəaliyyətindən asılıdır.

Musavat.com xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" televiziyasına danışarkən deyib.

O bildirib ki, silahların işə düşdüyü, PUA-ların başın üstündə uçduğu cəbhədə həyat asan deyil.

Putin Rusiyanın gələcəyinin rus əsgərlərinin döyüş fəaliyyətindən asılı olduğunu və bunun açıq-aşkar bir həqiqət olduğunu deyib.

Putin xüsusi hərbi əməliyyatdan danışarkən Kiyevdəki rəsmilərin rusları “Ukraynada köksüz millət” kimi qələmə verməsinə cavab verib:

"Ukrayna hakimiyyəti Rusiyanı tarixi torpaqlarımızda məhv etmək cəhdlərinə başlamasaydı, oradan adamları qovmamış, rusları "köksüz millət" elan etməmiş olsaydı, biz heç vaxt belə şey etməzdik".

Qərbə mesaj göndərən Putin Rusiyanı zəiflətmək və parçalamaq cəhdlərinin uğursuz olacağını da vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR