İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin vətəndaşlarla görüşdən imtina edir - İLGİNC SƏBƏB

1045 08.06.2023 11:45 Siyasət A A

Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna görə ruslarla birbaşa görüşləri təxirə salıb.


Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın "artıq başlayan və sürət qazanan" əks-hücum əməliyyatları səbəbindən vətəndaşlarla birbaşa təmaslarının hamısını təxirə salıb.

"The Moscow Times"-a görə, görüşlər əvvəlcə bu yay keçirilməli idi, lakin bir neçə həftə əvvəl tədblərin təxirə salındığı məlum olub.

"Onun təxirə salınmış görüşləri noyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır", - deyə Kremldəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, belə bir vaxtın seçilməsi birbaşa cəbhədəki vəziyyətlə bağlıdır: "Putin istənilən birbaşa təmaslardan çəkinir və bunun həyatı üçün təhlükəli ola biləcəyini düşünür".

Həmsöhbətin sözlərinə görə, Kremldə Putinin yenidən prezident seçkilərinə qatılacağı və buna görə də rəsmi təbliğat kampaniyalarına start veriləcəyi qərarı qəbul edilib: "Putin prezidentliyə yenidən seçilmək üçün seçki kampaniyasına başlamazdan əvvəl əhali ilə birbaşa təmaslar təşkil etmək istəyir. Prezident seçkilərinin rəsmi olaraq bu ilin dekabrına keçirilməyi nəzərdə tutulur. Kreml Putinin daha altı illik müddətə yenidən Rusiya prezidenti seçilməyinə artıq hazırdır."

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR