İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynadakı rus əsirlərinin sayını AÇIQLADI

1159 07.06.2024 00:05 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdakı "Laxta" Mərkəzində keçirilən beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşü zamanı 1348 rusiyalı hərbçinin Ukrayna əsirliyində olduğunu bildirib.

Referans.az xəbər verir ki, o, bunu Fransanın "AFP" agentliyinin nümayəndəsinin sualını cavablandırarkən səsləndirib.

“Mən bu rəqəmləri bilirəm, çünki biz onlarla hər gün işləyirik. Bizdə 6465 ukraynalı əsgər var, əgər biz canlı itkilərdən danışırıqsa, onda bu nisbət təxminən birə beşə bərabərdir”, - deyə Rusiya lideri bildirib.

O qeyd edib ki, Rusiyanın münaqişə zamanı canlı itkiləri Ukraynanın itkilərindən xeyli az olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR