İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukrayna ilə danışıqların şərtlərini AÇIQLADI

632 14.06.2024 15:30 Siyasət A A

Rusiya günü sabah Ukrayna ilə danışıqlar masasına oturmağa hazırdır.

Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyində deyib.

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb:

"Ukrayna qoşunları Rusiyanın yeni regionlarının bütün ərazisindən çıxarılmalı, Kiyev NATO-ya daxil olmaq planlarının olmadığını bəyan etməlidir".

Onun sözlərinə görə, Rusiya bu gün daha bir real sülh təklifi ilə çıxış edir, lakin Qərb və Kiyev bundan imtina edərsə, qan tökülməsinə görə məsuliyyət onlarındır.

"Yeni ərazilər əbədi olaraq Rusiya Federasiyasınındır. Onların Ukraynaya qaytarılması və ya danışıqlarda müzakirə predmeti olmasından söhbət belə gedə bilməz", - Putin deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR