İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: Qərb dünyada dominant mövqeyini saxlamaq üçün şantaja əl atır

563 11.07.2024 16:52 Dünya A A

Qərb dünyada dominant mövqeyini qorumaq üçün güc və şantaj yoluna əl atır.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu ölkə Prezidenti Vladimir Putin BRİCS ölkələrinin X Parlament Forumunda deyib.

“Biz yaxşı başa düşürük ki, real güc balansını və yeni geosiyasi, iqtisadi və demoqrafik reallığı əks etdirən dünya nizamının formalaşması mürəkkəb və bir çox cəhətdən hətta ağrılı prosesdir”, - V.Putin bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri tarixi məntiqə zidd hərəkət edərək və çox vaxt hətta öz xalqlarının uzunmüddətli maraqlarına zərər vurmaqla öz qaydalarında müəyyən nizam-intizama çalışırlar: “Bu cür qaydalar hər dəfə yenidən yazılır və ya düzəldilir. Bunlar hər vəziyyətə görə özlərini müstəsna hesab edənlərin maraqlarına uyğun olaraq edilir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR