İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ilk dəfə AÇIQLADI - 2022-ci ilin martında... - ŞOK

895 14.06.2024 15:42 Siyasət A A

Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Ukrayna üzrə danışıqlar zamanı Qərb vasitəçisinin Moskvaya səfərindən ilk dəfə danışıb.

Musavat.com xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb. 

Putin deyib ki, 2022-ci ilin martında bir çox Qərb siyasətçiləri Ukrayna münaqişəsinə sülh yolu ilə son qoymaq üçün vasitəçilik təklif edəndə onlardan biri Moskvada işgüzar səfərdə olub.

"Biz onun vasitəçilik səylərini qəbul etdik, xüsusən də söhbət zamanı o, Almaniya və Fransa liderlərinin, eləcə də ABŞ-ın yüksək rütbəli nümayəndələrinin dəstəyini aldığını xatırladıb", - deyə o bildirib.

Putin qeyd edib ki, 2022-ci ilin martında Moskva Rusiyanın Krıma quru çıxış şərti ilə Ukraynanın Xerson və Zaporojye vilayətləri üzərində suverenliyini qoruyub saxlamağı istisna etməyib.

Putin həmin vaxt vasitəçilik edən xarici ölkə liderinin daha sonra Kiyevə səfər etdiyini, bu təklifi orada səsləndirdiyini, lakin Ukraynanın həmin təklifi rədd etdiyini və həmin xarici ölkə liderini Rusiyanın maraqlarını müdafiə etməkdə günahlandırdığını söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR