İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin generaliteti təcili topladı, rus qoşunları cəbhədə irəliləyir...

978 13.06.2024 12:07 Siyasət A A

Kubaya göndərilən raketlər “soyuq müharibə”nin yeni zirvəsidir; ölkənin dondurulmuş pullarının Kiyevə verilməsinə başlanıb

İyunun 12-də Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov və bölgə komandirlərinin iştirakı ilə iclas keçirib. “Yeni Müsavat” bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. 

Eyni vaxtda Rusiya Silahlı Qüvvələri Ukraynanın Poltava vilayətinin Mirqorod şəhərinə hücum edib. Məlumata görə, sözügedən hücum zamanı “İsgəndər” raketindən istifadə olunub. İddialara görə, hücum nəticəsində Ukrayna ordusuna məxsus bir ədəd "Su-27" döyüş təyyarəsi məhv edilib. Xarkov cəbhəsində də vəziyyət ağır olaraq qalır. Ukrayna Silahlı Qüvvələrinə məxsus dronun hücumu nəticəsində bir qrup rus hərbçisi həlak olub. Ukraynanın isə Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərini atəşə tutması nəticəsində bir nəfər ölüb. Vilayətin qubernatoru Vyaçeslav Qladkov deyib. Onun sözlərinə görə, atəş nəticəsində daha 3 nəfər xəsarət alıb. 6 fərdi yaşayış evinə və 11 yaşayış binasına, 9 avtomobilə və elektrik xətlərinə ziyan dəyib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin 12 iyun - Rusiya günü ilə bağlı Telegram hesabından paylaşdığı xəritədə Ukraynanın tamamı Rusiya Federasiyasının tərkibində göstərilib. O, sözügedən paylaşımında heç bir şərh verməyib.

“G7 ölkələri İtaliyada keçiriləcək sammitdə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maraqları naminə istifadə etmək üçün yeni addımlar atacaqlarını elan edəcəklər”. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə bildirib. “G7-nin bu həftənin sonunda keçiriləcək görüşü aydın şəkildə göstərəcək ki, Ukraynaya sadiq qalırıq. Biz qəti addımlar atacağıq və Rusiya prezidenti Vladimir Putinə göstərəcəyik ki, vaxt onun tərəfində deyil, biz Ukraynanın azadlıq mübarizəsini dəstəklədiyimiz halda o, bizdən üstün ola bilməz”. İyulda Rusiyanın dondurulmuş aktivlərinin investisiyasından əldə olunacaq ilk 1,5 milyard avroya qədər vəsait Ukraynanın müdafiəsinin gücləndirilməsinə və ölkənin bərpasına sərf olunmaq üçün ayrılacaq. Məlumatı Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen açıqlayıb: “Aktivlərdən əldə edilən təxminən 1,5 milyard avro mənfəətin 90 faizi müdafiəyə, 10 faizi isə yenidənqurmaya yönəldiləcək”.

Bundan əlavə, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan bu günə qədər beynəlxalq aləmdə nüvə müharibəsi barədə müxtəlif fikirlər səslənir. Müharibənin ilk günlərində bu haqda çox danışılmasa da, hazırda nüvə müharibəsi aktual mövzuya çevrilib. Bunun əsas səbəbi odur ki, Qərb dövlətləri Ukraynaya hərbi dəstəyi artırıb və bu, nüvə dövləti olan Rusiyanın ciddi narazılığına səbəb olub. ABŞ və bir qrup Avropa ölkəsi Ukraynaya verdikləri silah və hərbi texnikadan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə edilə biləcəyini vurğulayıblar. Kreml bunu NATO ölkələrinin Rusiyaya qarşı müharibə elanı kimi qiymətləndirib.

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, nüvə müharibəsi təhdidləri artdığı vaxtda Rusiya ABŞ-ı qorxutmaq və onunla sövdələşmək üçün Kuba kartı ilə oynayır: “Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kubaya hərbi gəmilər göndərməkdə məqsədi "uzaq okean zonasının əməliyyat baxımından mühüm ərazilərində" Rusiya donanmasının mövcudluğunu təmin etməkdir. Ancaq bu, sadəcə, hadisənin texniki-informasiya görüntüsüdür və əslində baş verənlərin məqsədi fərqlidir. Çünki Rusiyanın Kubaya içərisində raketlər, o cümlədən nüvə başlığı daşıya bilən raketlər göndərdiyi bildirilir. Moskvanın bu qərarı ABŞ-ın Ukraynaya verdiyi silahlardan Rusiya ərazilərinə zərbələr endirməsinə cavabdır. Rusiya ABŞ-a “Ukraynadan əlini çək və həmin ölkənin taleyini sövdələşmə predmeti kimi müzakirə edək” fikrini qorxu yaratmaq aktı ilə ötürmək istəyir. İyunun 15-də İsveçrədə keçiriləcək Qlobal Sülh Sammiti üçün Qərbdən Ukraynaya təkliflər paketi göndərməsi də həmin fikri təsdiqləyir. Belə ki, təkliflər paketində Ukraynanın Rusiya ilə məhdud əlaqə saxlaması çağırışlar arasındadır. Amma Kremlin bu məsələdə danışıqlara getməsi ehtimalı azdır və o, indi rəqibi ABŞ-la müzakirələri üstün sayır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR