İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Finlandiyaya da savaş açdı, rus deputatdan nüvə hədəsi - CANLI

594 14.05.2022 14:00 Gündəm A A

Rusiya Finlandiyaya elektrik enerjisi verilişini dayandırıb. Məlumatı “TRT Haber” yayıb. Finlandiyanın NATO-ya üzvlük üçün müraciəti Moskva-Helsinki münasibətlərini gərginləşdirib.

Ekspertlər Rusiyanın Ukraynadan sonra daha bir qonşusu - Finlandiya ilə müharibə aparacağını istisna etmirlər.

Ukraynanın Baş kəşfiyyatçısı Kirill Budanov belə hesab edir ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə avqust ayında dönüş nöqtəsinə çatacaq və ilin sonuna başa çatacaq.

Onun sözlərinə görə, artıq Rusiyada Putini devirmək məqsədilə çevriliş baş verir və Kremlin başçısı ciddi xərçəng xəstəsidir.

“Əgər Rusiya, dövlətinin mövcudluğuna real təhlükə yaranarsa, ilk olaraq nüvə raketlərindən istifadə etməyə hazırdır”.

Bu sözləri isə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov URA.RU- ya verdiyi müsahibəsində deyib.

O bildirib ki, nüvə silahından istifadə Rusiyanın mövcudluğu üçün təhlükə yaranacağı təqdirdə baş verəcək.

TVMusavat-ın “Həftə içi” verilişində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev gündəmdəki prosesləri şərh edir. Müzakirəyə tamaşaçılar da qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR