İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin dostuna görə almanlara öz dillərində səsləndi - VİDEO

1257 22.10.2023 17:56 Region A A

Rusiya prezidendi Vladimir Putin Almaniyanın keçmiş kansleri, dostu Herhard Şröderə qarşı edilənlərə münasibət bildirib.

Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində aparıcı Pavel Zarubinin bu barədə sualını cavablandırıb.

Putin bildirib ki, bu yaxınlarda hamı Kanada parlamentində nasistin alqışlanması kimi rüsvayçı hərəkətin şahidi oldu:

“Məni Almaniyada yaxşı başa düşmələri üçün alman dilində deyirəm, Herhard Şröderdən nə qədər uzaq olsanız, Kanada parlamentinin spikeri, nasist Entoni Roteyə bir o qədər yaxın olacaqsınız. Almaniyada çoxlu ləyaqətli insanlar var və əminəm ki, çoxları bunu eşidəcək”.

Qeyd edək ki, Herhard Şröder Almaniyanın yenidən birləşməsinin 33-cü ildönümü münasibəti ilə keçirilən rəsmi mərasimə dəvət edilsə də, hökumətin protokol xidməti onu ölkənin aparıcı siyasətçiləri, o cümlədən hazırkı kansler Olaf Şoltsla eyni sırada əyləşməsinə icazə verməmişdi. (Axar.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR