İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Cənubi Koreyanı hədələdi: Cavab tədbirləri görəcəyik...

1109 20.06.2024 23:02 Dünya A A

Cənubi Koreya Ukraynaya silah verməyə başlasa, Rusiya cavab tədbirləri görəcək.

Musavat.com xəbər verir ki, prezident Vladimir Putinin bu sözlərini “Kommersant” nəşri yayıb.

Putin Seulun Ukraynaya öldürücü silahların verilməsi imkanlarına yenidən baxmağı planlaşdırdığına dair açıqlamasına münasibət bildirərkən Pxenyanla imzaladığı sazişin heç kimə qarşı yönəlmədiyini iddia edib. Bildirib ki, Cənubi Koreyanın narahat olacağı heç nə yoxdur, çünki imzalanmış saziş yalnız sazişin tərəflərindən birinə qarşı təcavüz halında yardım nəzərdə tutur: “Mən bildiyimə görə, Koreya Respublikası KXDR-ə qarşı təcavüz planlaşdırmır, bu o deməkdir ki, bizim bu sahədə əməkdaşlığımızdan qorxmaq lazım deyil”.

Putin Seulun Ukraynaya silah yardımı edəcəyi təqdirdə, ona cavab veriləcəyini deyib: “Əgər bu baş verərsə, o zaman biz də Cənubi Koreyanın hazırkı rəhbərliyini razı sala bilməyəcəyimiz müvafiq qərarlar verəcəyik”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR