İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixi Sağlamlıq Mərkəzində 4 günlük təlim proqramı keçirilib FOTO

1042 10.03.2023 12:12 Səhiyyə A A

Martın 6-dan 9-dək Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində (PSM) “Tədqiqat təklifləri necə yazılmalıdır” adlı dördgünlük təlim proqramı keçirilib.

Musavat.com xəbər verir ki, təlim Psixi Sağlamlıq Mərkəzi ilə Çikaqo Universiteti (ABŞ) arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycanda müəssisələrdən reinteqrasiya olunmuş uşaqlar üçün qabaqlayıcı (preventiv) yanaşmaların optimallaşdırılması” adlı tədqiqat layihəsinin bir hissəsidir.

Treninqlər psixi sağlamlıq üzrə tanınmış mütəxəssislər - Harvard Universitetinin (ABŞ) uşaq psixiatrı Prof. Kerim Munir və Bahçeşəhər Universitetinin (İstanbul, Türkiyə) uşaq və yeniyetmə psixiatrı Prof. Özgür Öner tərəfindən aparılıb. Hər iki mütəxəssis uşaq psixiatriyası üzrə tədqiqat təklifləri yazmaq və tədqiqat layihələri ilə bağlı maliyyə təmin etmək sahəsində uzunmüddətli təcrübəyə malikdirlər.

Tədbirdə çıxış edən Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov təlim proqramının Kerim Munir və Özgür Öner kimi psixi sağlamlıq üzrə tanınmış mütəxəssislər tərəfindən aparılmasının əhəmiyyətini vurğuladı.

Qeyd edək ki, təlim proqramı tədqiqat təklifi yazmaq bacarıqlarını təkmilləşdirməklə bağlı maraqlı olan tədqiqatçılar, klinik psixoloqlar və psixi sağlamlıq mütəxəssisləri üçün nəzərdə tutulub. İştirakçılar uğurlu tədqiqat layihəsinin əsas elementləri, o cümlədən tədqiqat dizaynı və layihənin idarə edilməsi haqqında vacib məlumatlar əldə ediblər.

ev.jpg (441 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR