İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokurorluq Sarukyanın var-dövlətinin müsadirə olunmasını tələb edir

606 23.11.2023 16:55 Dünya A A

 

Ermənistan Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi Departamenti iş adamı və siyasətçi Qagik Sarukyana məxsus əmlakla bağlı araşdırmalara başlayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki,  prokurorluq Sarukyana qarşı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində iddia qaldırılıb və həmin iddia icraata qəbul edilib.

İddiaya görə, prokurorluq məhkəməyə Qagik Sarukyanın və onunla əlaqəli şəxslərin əmlakının Ermənistan Respublikasının xeyrinə müsadirə edilməsi barədə vəsatət təqdim edib. Bunların arasında 79 daşınmaz əmlak, 42 avtomobil də var. Təkcə 8 ədəd avtomobilin ümumi dəyəri - 348 milyon 194 min dram (868 min 601 ABŞ dolları) təşkil edib.

Ümumilikdə Sarkyandan tələb edilən əmlakların ümumi dəyəri 225 milyon ABŞ dolları dəyərindədir.

Xatırladaq ki, hələ 2020-ci ildə başlanmış cinayət işində (prosesdə) Qaqik Sarukyan təqsirləndirilən şəxs qismində cəlb olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR