İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokurorlar bloger Xasbiki araşdıracaq - antisemitizm çağırışları edib

1038 31.10.2023 11:48 Dünya A A

Xasbik kimi tanınan bloger Xasbulla Maqomedov Dağıstanda iğtişaşlara çağırış edən yazılarına görə Baş Prokurorluq tərəfindən yoxlanılacaq.

Musavat.com “Mash” Telegram kanalına istinadla xəbər verir ki, onun sosial şəbəkələrində “Biz yəhudi qaçqınlarına qarşıyıq” sözləri yazılmış və onlara mənzil kirayə verməməyə, onları maşında daşımamağa, müəssisələrdə xidmət göstərməməyə çağıran şəklin yayılmasından sonra abunəçilərindən biri ona qarşı bəyanat yazıb. İkinci yazıda bloger Xasavyurtda israillilərin yaşadığı iddia edilən “Flamingo” otelinin administratorlarını qınayıb. Maqomedovun sözlərinə görə, onların hamısını qovmaq lazımdır, əks halda “otel külə dönəcək”.

Bloqerin abunəçisinin fikrincə, bu cür yazılar Dağıstanda iğtişaşlara səbəb ola bilər, ona görə də Xasbikə qarşı nifrət və ekstremizmi qızışdırma maddəsi ilə cinayət işi açılmalıdır. Eyni zamanda, növbəti paylaşımlarında bloger etirazçıları pisləyib.

Oktyabrın 28-də yüzlərlə Xasavyurt sakini İsrail vətəndaşlarının oteldən çıxarılmasını tələb edib. Yerli sakinlər Xasavyurtda israillilərin buraya köçməsi ilə bağlı şayiələr fonunda iki otelin yaxınlığında toplaşıblar.

Dağıstanın rəhbəri Sergey Melikov daha sonra bəyan edib ki, tələblərin səbəbi sadəlövh insanların feyk informasiyalara inanması və təxribatçı şayiələrə uymasıdır.

Xatırladaq ki, sentyabrın 29-da Mahaçqalada yerli sakinlər Təl-Əvivdən gələn təyyarənin uçuş-enmə zolağına daxil olub, İsrail vətəndaşlarını axtarıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR