İnsanlara hürriyət, millətlərə istiqlal!

"Prius"un arxasına yazdığı bu sözə görə SAXLANILDI

1457 19.02.2024 22:47 Hadisə A A

Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Toyota Prius” markalı avtomobilin üzərinə yazılmış sözlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Referans.az xəbər verir ki, avtomobilin dövlət qeydiyyat nişanının yerinin dəyişdirilməsi və onun yerinə “Qatil 78 leş” sözlərinin yazılması diqqət çəkib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, artıq həmin avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb:

“Sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügedən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər həyata keçirilir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR