İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin olduğu təyyarə necə partladılıb?-VERSİYALAR  

1093 24.08.2023 13:09 Siyasət A A



Xəbər verildiyi kimi “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin müəmmalı təyyarə qəzasında ölüb.

Rusiyada və dünyada heç kim onun bir sui-qəsdə qurban getdiyindən şübhə etmir.

Musavat.com xarici agentliklərə istinadən tanınmış ekspertlərdən bəzilərinin rəylərini təqdim edir.

Kseniya Sobçak: “Mənbələrimə görə, Priqojin təyyarədə olub. Bu hadisə bütün elitalara tamamilə aydın bir siqnaldır. İndi Ukraynadakı əməliyyatlar, ümumiyyətlə, ölkədə baş verənlər barədə ayrı fikirdə olan hər kəs bir daha düşünməli olacaq”.

Hərbi analitik Yan Matveev: “Bu ya hava hücumundan müdafiə sisteminin raket zərbəsi, ya da təyyarənin özündə törədilən partlayışdır. Çünki təyyarə parça-parça yerə düşüb. Yəqin ki, texniki problem də istisna edilməməlidir, lakin vurulması daha ağlabatandır”.

Hərbi ekspert Ruslan Leviyev: “Cəmi iki versiya qalıb. Ya təyyarəni partladıblar, ya da hava hücumundan müdafiə sistemi ilə vurublar. Çünki təyyarənin səmada parçalandığını görürük. Mən hava hücumundan müdafiə versiyasına üstünlük verirəm”.

Hərbi ekspert Yuri Fedorov: “Əgər təyyarə, hava hücumundan müdafiə raketi ilə vurulsaydı, o zaman videoda tüstü izi görünərdi, mən hələ iz görməmişəm. Əgər şahidlər raketin qalxdığını və ondan bir iz görməyiblərsə, hava hücumundan müdafiə ilə vurulması versiyası sual altındadır. Yəqin ki, təyyarəni partladıblar, o zaman bu, bir terror aktıdır”.

BBC-nin hərbi eksperti İlya Abışev: “Əgər təyyarənin hissələri gövdə yerə dəyənə qədər düşübsə, bu, dağıntının havada baş verdiyini göstərir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR