İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin xüsusi nümayəndəsi AÇIQLADI: “2026-cı ildə..."

1496 06.08.2022 20:35 Qarabağ xəbərləri A A

Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

E.Hüseynov qeyd edib ki, birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.

O, Hadrut və Suqovuşan qəsəbələrinin, Talış və Tuğ kəndlərinin vacib turizm məntəqələrinə çevrilməsinin planlaşdırıldığını vurğulayaraq, Qarabağ iqtisadi rayonunda müxtəlif sahələr üzrə yaradılacaq iş yerlərinin statistikasını təqdim edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR