İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin General-mayor rütbəsi verdiyi Anar Cahangirov kimdir? – DOSYE

11341 29.01.2024 16:51 Son xəbər A A

Xəbər veridyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Musavat.com Proses.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilən Anar Cahangirovun dosyesini təqdim edirik:

Anar Cahangirov 27 ildən artıqdır gömrük orqanlarında xidmət edir. Aldığımız məlumata görə o, gömrük orqanlarının ən təcrübəli əməkdaşlarından biridir. Anar Cahangirov 1970-ci ildə Xocavəndin Tuğ kəndində anadan olub. Moskva Gömrük Akademiyasını bitirib, 1995-ci ildən Azərbaycan Dövlət Gömrük Komitəsində çalışır. Müxtəlif illərdə İnspektor, Baş inspektor, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi, Sumqayıt Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin 1-ci müavini olub. Hal-hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir.

2011-ci ildə prezident İlham Əliyev Tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

İngilis və rus dillərini bilir. Ailəlidir 2 övladı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR