İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən pensiya ilə bağlı sığorta stajı barədə QƏRAR

3361 28.12.2022 19:23 Sosial A A

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb.

Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalaması ilə mümkün olub.

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanırdı.

Ancaq yeni dəyişikliklə sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb.

Qeyd edək ki, dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR