İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident ermənilərə çox mətləbləri anlatdı... Professordan mühüm YAZI

871 16.02.2024 12:14 Yazarlar A A

 

Musavat.com İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun müəllif yazısını təqdim edir:

Andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev xalqı qarşısında son prezidentlik dövrünün və bütövlükdə Prezident kimi 20 illik fəaliyyətinin hesabatını və eyni zamanda qarşıda duran vəzifələrin qısa lakin olduqca dərin məzmunlu yol xəritəsini təqdim etdi.

Prezident çıxışının birinci hissəsində on illər ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına beynəlxalq aləmin bəslədiyi yabancı  münasibətdən, bu problemin həlli yolunda böyük güclərin bizim haqq səsimizi eşitmək əvəzinə, Azərbaycana qarşı yersiz təzyiqlərindən bəhs etdi. Qeyd olundu ki, bütün bu basqılara baxmayaraq, 20 il ərzində Azərbaycan problemin həlli istiqamətində ardıcıl və düşünülmüş addımlar ataraq, öz Ordusunu münaqişənin mümkün hərbi yolla həlli üçün hazırladı və bu Ordu 30 il işğal altında qalmış torpaqları 44 günlük savaşla azad etdi.

f9456dda7c5e3f2945bcda66299f7a51.jpg (66 KB)

Bundan sonrakı 3 il ərzində Azərbaycanın bütün səylərinə baxmayaraq, erməni hərbi birləşmələrini Qarabağ torpaqlarımızdan çıxartmaq mümkün olmadı və bu səbəbdən sonda Ordumuzun bir günlük antiterror əməliyyatı ilə Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və yalnız bundan sonra ermənilər ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular. Bəli, bu hərbi uğurun kökündə Ali Baş Komandan kimi Prezident İlham Əliyevin 20 illik gərgin əməyi dayanırdı. Bu illər ərzində Azərbaycan iqtisadiyyatını 4 dəfədən çox böyütmək, onun büdcəsinin 31 dəfədən çox artımına nail olmaq, Ümumi Daxili Məhsulun həcminə yaxın bir səviyyədə valyuta ehtiyatları yaratmaq məhz onun rəhbərliyi altında mümkün olmuşdu. Güclü iqtisadiyyat və dayanaqlı maliyyə durumu ölkədə yüksək peşəkarlığa sahib və ən müasir silahlarla təchiz edilmiş nümunəvi bir Ordu yaratmağa imkan verdi. 44 günlük savaşda da 1 günlük antiterror əməliyyatında da bu Ordunun bacarığını bütün dünya gördü. Azərbaycan bu Ordunun yüksək peşəkarlıqla keçirtdiyi bir günlük antiterror əməliyyatı ilə dünyaya separatizmin kökünü kəsməyin yeni nümunəsini təqdim etdi.

“Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”. Andiçmə mərasimində Prezidentin səsləndirdiyi bu sözlər həm də Qarabağ torpaqlarımızın işğaldan azad edildiyi dövrdə siyasi savadsızlıq və siyasi cahillik səbəbindən Azərbaycan hökumətinin problemin həlli yolunda səbirlə, ardıcıl şəkildə atdığı addımları yersiz tənqid atəşinə tutub, qələbəmizə kölgə salmaq istəyənlərə, 44 günlük müharibədəki qələbədən sonra “bəs prezident nə vaxt Xocalıya, Əsgərana, Xankəndinə gedəcək” kimi sərsəm suallarla cəmiyyəti çaşdırmaq istəyənlərə tutarlı bir cavab idi.

rVFiHcIIYoLiz1gqy_cs532ci-odnb70.jpg (35 KB)

Bir günlük antiterror əməliyyatı bitdikdən sonra Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi və bununla da Prezident İlham Əliyev 2003-cü ildə keçirilmiş ilk Prezident seçkilərindən ötən müddət ərzində xalqı qarşısında “biz torpaqlarımızı işğaldan azad edəcəyik” “Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanacaq” kimi sözlərini tutdu.

İndi qarşımızda bununla bağlı bizi narahat edə biləcək heç bir məsələ qalmayıb. Andiçmə mərasimində Prezidentin dediyi kimi: “Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq.... İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”. Bu o deməkdir ki, bundan sonra sülh müqaviləsinin imzalanmasının bütün məsuliyyəti Ermənistanın üzərində qalır. Əgər Ermənistan ərazi iddialarını davam etdirəcəksə, baş verəcək bütün hadisələrin cavabdehi də Ermənistan olacaqdır…

 img1811971.jpg (12 KB)

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR