İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: “Bu, qlobal əhəmiyyətli bir görüşdür”

564 13.06.2023 15:34 Siyasət A A

“Türkiyə prezidentinin Azərbaycana səfərini məhz Türkiyə xarici siyasətində hər seçkidən sonra Türkiyə dövlətinin strateji tərəfdaşlarına ilk səfər, yəni bütün dünyaya xarici siyasətinin vacib istiqamətlərini prioritet ölkələrini, prioritet istiqamətlərinin elan olunması mədəniyyətinin, adət-ənənəsinin nümayişi kimi qəbul etmək lazımdır”.

Bu sözləri politoloq Yeganə Hacıyeva Musavat.com-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib.

yegane.jpg (246 KB)

Politoloq qeyd edib ki, Türkiyə prezidentinin növbəti dəfə seçkilərdən sonra öncə Kiprə, daha sonra Azərbaycana səfəri bu çərçivədə dəyərləndirilməlidir:

“Həmçinin bu görüşü ümumilikdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsindən çıxmaqla yeganə qlobal əhəmiyyətli bir görüş kimi dəyərləndirmək olar. Belə ki, regional aspektdən bu gün üçün Cənub və Şimal koridorlarının təhlükəli olduğu bir dövrdə, Aralıq koridorunda sülh və stabillik üçün zəmin olan bu ilk ölkə Cənubi Qafqazda sülh və stabilliyin vacib elementləridir. Bu iki ölkənin müdafiə və təhlükəsizlik sahəsi və bu gün üçün digər kanalların təhlükəli olduğu dövrdə qlobal səviyyədə hər bir fərdin, vətəndaşın həyatında hiss edəcəyi qiymətlərin qalxmasından tutmuş, hər gün daha bahalaşma, ümumi lokal regional və qlobal təhlükəsizlik mövzuları əhatə edən məsələlərin müzakirəsi üçün bir imkandır.

Türkiyə və Azərbaycan prezidentlərinin məhz hazırkı dövrdə beynəlxalq nizamda ictimai legitimliyini itirmiş beynəlxalq təchizatların əvəzinə yeni təchizatların formalaşmasında Azərbaycan və Türkiyənin birgə mövqedən çıxış etməsi ilə bu mövqedən regional və qlobal, sülh və stabilliyin faydalanması istiqamətində bir növbəti dəyərləndirmə kimi qəbul etmək lazımdır.

İki müsəlman ölkənin rəhbərinin məhz bu görüşünün ümumilikdə təkcə Türkiyə-Azərbaycan münasibətləri, qlobal təhlükəsizlik çərçivəsində deyil, həmçinin bütün dünyada 21-ci əsrdə hüquqlarının ən çox qorunduğu kəsim olaraq İslam, müsəlman dünyasının, ölkələrinin müdafiəsi konsepsiyasında həm də digərlərinin, məsələn, Afrika, hansı ki, beynəlxalq nizamda indi onu ümumilikdə qlobal Cənub adlandırırlar, qlobal Cənubun müdafiəsi qismində ümumi bir konsepsiya olaraq yəni qlobal əhəmiyyətli görüş kimi dəyərləndiriməliyik”.

Politoloq görüşün regional sülh aspektindən də danışıb:

“Yəni Şuşa Bəyannaməsi üzərindən Azərbaycan və Türkiyə Cənubi Qafqazda ikili münasibətlərdə bir-birinin təhlükəsizliyini qoruduğu kimi, həmçinin digərlərinin, yəni regionun nəqliyyat və digər imkanlarını istifadə edən tərəflərin də maraqlarının qorunması istiqamətində çalışır”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR