İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisi “cırmaqlayan” Musayeva – məhkəmə onun vəsatətini rədd edib

941 12.12.2023 13:06 Dünya A A

Çeçenistan Respublikasının Şalinski rayon məhkəməsi polis əməkdaşına qarşı zorakılıq və dələduzluqda təqsirli bilinən keçmiş çeçen hakiminin həyat yoldaşı Zarema Musayevanın vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatəti rədd edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, vəsatətdə qadının şərti azadlığa buraxılması nəzərdə tutulurdu.

Z.Musayeva bu ilin iyul ayında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (“Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə”) və 159-cu (“Dələduzluq”) maddələri ilə təqsirli bilinərək 5 il müddətinə məhkum edilib və ümumi rejimli koloniyaya göndərilib.

Musayeva 2022-ci il yanvarın 21-də mülki geyimli və maskalı silahlı şəxslər tərəfindən evindən qaçırılıb. Onu mənzildən çıxararaq naməlum istiqamətə aparıblar. Daha sonra respublikanın Daxili İşlər Nazirliyi Musayevanın dələduzluq işi üzrə şahid qismində dindirilmək üçün gətirildiyini bildirib.

Lakin fevralın 2-də o, nəzarətə götürülüb. Polisin versiyasına görə, Musayeva protokol doldurmaq istəyən polisə hücum edib: sağ əli ilə onun sol yanağını cırmaqlayıb.

Əvvəllər qadın vəkilin xidmətindən imtina edib və səhhətinə görə prosessual tədbirlərdə iştirakdan imtina etdiyini bildirib. Musayeva şəkərli diabet xəstəsidir. Qadın məhkəmədə özünü təqsirli bilmədiyini bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR