İnsanlara hürriyət, millətlərə istiqlal!

Podolyakın kəşfiyyatçı qardaşı Rusiyada öldü

1186 07.07.2024 01:52 Dünya A A

Rusiyada mayın 19-da Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın qardaşı Vladimir Podolyak ölüb.

Bu barədə Rusiya sosial şəbəkələrində məlumat və mərhumun qəbrinin fotosu yayılıb.

Bildirilib ki, o, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb.

59 yaşlı Vladimir Podolyakın hansı səbəbdən öldüyü barədə Rusiya rəsmiləri açıqlama verməyib.

“Ukrayna prezidentinin ən yaxın çevrəsindən olan şəxslə qohumluq əlaqələri olan yüksək rütbəli QRU kəşfiyyatçısının ölümü onun artıq təqaüdə çıxmasına baxmayaraq, şübhələr yarada bilər. Təbii ki, o, qəza və ya xəstəlik nəticəsində də ölə bilərdi. Ukrayna xüsusi xidmət orqanlarının bundan xəbərinin olmaması mümkünsüzdür”, - məlumatda deyilir.\\axar.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR