İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK-çılar “Boz qurd” işarəsi göstərən azərbaycanlıya hücum etdi – Londonda

1124 11.06.2022 23:53 Hadisə A A

Londonda PKK terror təşkilatı tərəfdarları azərbaycanlıya hücum ediblər.

Musavat.com minval.az-a istinadən xəbər verir ki, hadisə BBC-nin mənzil qərargahının yaxınlığında - Pikadilli Sirkinə yaxın ərazidə terror hörgütü əlaltılarının təşkil etdiyi aksiya zamanı baş verib. Onlar Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirəcəyi antiterror əməliyyatına bu yolla etiraz ediblər.

Qarşıdurma azərbaycanlının etirazçıların nümayiş etdirdiyi “viktoriya” (“qələbə” işarəsi - red) jestinə “Boz qurd” işarəsi ilə cavab verməsindən sonra yaranıb. Bundan sonra terror təşkilatının lideri Abdulla Öcalanı dəstəkləyən şüarlar səsləndirən yürüş iştirakçıları azərbaycanlıya hücum ediblər. Zərərçəkənin çənəsinə yumruq zərbələri endirilib.

Baş verənlərə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə edərkən terrorçu qurum tərəfdarları polislə də qarşıdurmaya giriblər. Bunun ardınca PKK tərəfdarları İngiltərə baş nazirinin Dauninq Street-10 ünvanındakı iqamətgahına doğru yürüşü davam etdiriblər.

“Anadolu”nun müxbiri ilə söhbətində hücuma məruz qalan azərbaycanlı baş verən olayın təfərrüatlarından danışıb.

“Mən Azərbaycandanam, burada işləyirəm. Gördüm ki, Türkiyə əleyhinə mitinq gedir. Mən onlara “bozqurd” işarəsini göstərməyə bilməzdim. Axı mən də türkəm, dözə bilmədim. “Viktoriya” işarəsini göstərdilər, mən isə “Boz qurd” işarəsi ilə cavab verdim. Həm kişilər, həm də qadınlar mənə hücum etdilər. Kimsə çənəmə yumruq vurdu. Polis məni qorudu. Məni camaatın arasından qoparıb ən yaxın bazara apardılar”, - deyib.

Onun sözlərinə görə, polisin hücum edənləri saxlayıb-saxlamadığından xəbəri yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR